
"Şimal ayısı" narahatdır: NATO Rusiyayla müharibəyə hazırlaşır?
10:37 04.06.2025
Dünya
465
Fuad Abbasov: Fransanın Sünikdə mövcudluğunun başlıca səbəbi Rusiyaya qarşı fəaliyyət göstərməkdir
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, NATO Baltikyanı ölkələrdə keçirdiyi “Baltops 2025” hərbi təlimləri ilə Rusiya ilə hərbi toqquşmaya hazırlaşır. Onun sözlərinə görə, təlimlərin miqyası, senariləri və qüvvələrin yerləşdirilməsi bunu açıq şəkildə göstərir. Qruşko bu təlimləri “təxribat xarakterli” adlandırıb və alyansın Rusiya ilə hərbi qarşıdurmaya sistemli şəkildə hazırlaşdığını vurğulayıb.
NATO-nun keçirdiyi “Baltops 2025” təlimlərinə Rusiyanın bu qədər sərt reaksiya verməsi təəccüblü deyil. Çünki hazırkı beynəlxalq münasibətlər fonunda Rusiya öz təhlükəsizlik qarantiyalarını təkcə siyasi yollarla deyil, informasiya və hərbi ritorika ilə də qorumağa çalışır. Amma real olaraq NATO öz üzv ölkələrini qorumaq üçün hərbi hazırlıq keçirməlidir və bu, alyansın əsas funksiyasıdır.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov Sherg.az-a söyləyib ki, NATO-nun bu gün ən başlıca vəzifəsi, bir hərbi blok olaraq, Rusiyadan gələn təhdidə cavab hazır olmağa yönəlib:

“Bu səbəbdən, NATO-nun atdığı istənilən addım Rusiyanı qıcıqlandıra bilər. Ümumiyyətlə, NATO-nun yaradılmasının əsas səbəbi də məhz Rusiyadan (əvvəllər Sovet İttifaqından) gələn təhdidlərin qarşısını almaq olub. Buna görə də NATO-nun keçirdiyi təlimlərin Rusiyaya qarşı hərbi hazırlıq xarakteri daşıması, yaxud təhdid kimi qiymətləndirilməsi Kremlin narahatlığına səbəb olmamalıdır. Amma digər tərəfdən öz coğrafiyamıza baxdıqda Fransa Sünikdə, yəni Zəngəzur dəhlizi yaxınlığında konsulluq açır. Bu konsulluq fəxri və ya simvolik xarakter daşıyacaq. Amma çox yaxşı bilirik ki, Sünikdə Fransa vətəndaşları yaşamır ki, onların hüquqlarını müdafiə etmək üçün fəxri konsulluq açılsın. Eyni zamanda, orada yaşayan erməni əsilli vətəndaşların hüquqlarını da bu konsulluq nə müdafiə edəcək, nə də həll edəcək. Fransanın Sünikdə mövcudluğunun başlıca səbəbi Rusiyaya qarşı fəaliyyət göstərməkdir. Bu fəaliyyətlər istər təxribat xarakterli olsun, istərsə də kəşfiyyat və ya hərbi əməliyyatlara hazırlıq olsun əsas məqsəd eynidir”.
Ekspert qeyd edib ki, Fransa Avropa İttifaqı və NATO-nun aparıcı ölkələrindən biridir, böyük gücə və nüfuza malikdir:
“Ermənilərin, xüsusilə Marsel bölgəsinin Fransada olan təsir gücü də olduqca böyükdür. Belə bir şəraitdə Azərbaycanın qərb sərhədlərində NATO və Avropa İttifaqının ən güclü dövlətlərindən birinin konsulluq açması və bura istədiyi kimi hərbi müşahidəçilər cəlb etməsi, kəşfiyyatçılar və digər nümayəndələr göndərmək niyyəti ilk növbədə Rusiyanı narahat etməlidir. Çünki Fransanın əsas məqsədi Rusiyanın Cənubi Qafqazda nüfuzunu zəiflətməkdir. Bu, Azərbaycana da birbaşa təsir edir. Çünki ermənipərəst mövqedə olan Fransa, NATO və digər təşkilatlardan istifadə edərək Azərbaycanın qərb sərhədlərində yerləşsin və buradan Cənubi Qafqazda sülh adına dominant mövqe qazansın. Nəticə etibarilə bu, NATO-nun Rusiyaya qarşı Cənubi Qafqazda apardığı fəaliyyətlərin bir hissəsi kimi qiymətləndirilə bilər. Sözügedən hadisə birbaşa bizim regionumuzu narahat edən məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya