Ramştaynda ABŞ-siz masa: Vaşinqton prosesə qatılmaq istəmir
11:56 04.06.2025
Dünya
437
ABŞ müdafiə naziri Pit Heqset ilk dəfə Ukrayna ilə bağlı Ramştayn görüşünə qatılmayacaq, hətta videobağlantı vasitəsilə də iştirak etməyəcək.
Bu barədə “Politiko” məlumat yayıb.
“Pentaqon onun tədbirə gəlməməsini işlərinin çoxluğu ilə izah edib. Heqset Brüsselə yalnız iyunun 4-də axşam saatlarında, Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun iclası yekunlaşdıqdan sonra gələcək. Heqsetin qatılmamasına baxmayaraq, ABŞ-ın Avropa Komandanlığının rəhbəri Kristofer Kavoli Ramştayn tədbirində iştirak edəcək”, - qeyd olunub.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a söyləyib ki, ABŞ-nin danışıqlardan kənara çəkilməsinin əsas səbəbi Rusiyanın mövqeyindəki uzlaşmazlıqdır:
"Artıq Tramp administrasiyası Kremlə qarşı ritorikasını sərtləşdirib. ABŞ faktiki olaraq bildirir ki, Rusiya danışıqlara hazır deyil. Həmçinin Kreml də Ağ Evin tələbləri ilə razılaşmır, o cümlədən müharibəyə davam edir. Digər tərəfdən Ramştayn görüşü çox yüksək səviyyəli deyil. Məhz ABŞ müdafiə nazirinin burada iştirak etməməsi onu göstərir ki, rəsmi Vaşinqton ümumiyyətlə prosesə qatılmaq istəmir. ABŞ-nin Avropadakı Komandanlığının rəhbərinin Ramştayn tədbirində iştirak sanki Ağ Evin məsələni AB-yə ötürdüyü görüntüsünü yaradır. Odur ki, danışıqları artıq Türkiyə və AB həyata keçirir. Rəsmi Vaşinqton da onların bu təşəbbüsünə rəsmi dəstək verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya