
Zəifləmiş Rusiya daha da sıxışdırılır: Moskva nüvə başlıqlarından istifadə edə bilər
11:04 05.06.2025
Dünya
443
Mənbələrin verdiyi məlumata görə, London və Paris Ukraynada hərbi qüvvələrin yerləşdirilməsinə dair planın hazırlanmasını başa çatdırıblar. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, Böyük Britaniya və Fransa artıq hərbi kontingentin bölgəyə dislokasiyası, onların fəaliyyət mexanizmləri və prosedurlarını əhatə edən sənədləri yekunlaşdırıblar. Lakin planın icrasına başlanılması hazırda müvəqqəti olaraq dayandırılıb. Agentliyin mənbələri qeyd edir ki, bu qərar Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının yenidən gündəmə gəlməsi ehtimalı ilə bağlı verilib.
Qərb ölkələrinin belə addımlar atması regionda gərginliyi daha da artırır və potensial olaraq münaqişənin beynəlxalq miqyasda genişlənməsi riskini gündəmə gətirir. Bununla yanaşı, bu cür planların açıq şəkildə müzakirəsi Moskva tərəfindən təhdid kimi qəbul edilir və tərəflər arasında eskalasiyanı dərinləşdirə bilər.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a deyib ki, bu ölkələrin əsas strategiyası zəifləmiş Rusiyanı daha da sıxışdırmaq və nəticə etibarilə onu tamamilə məğlub etməkdir:

"Onlar hesab edirlər ki, Ukrayna ilə müharibədə ciddi itkilərə məruz qalan Rusiya artıq əvvəlki gücünü itirib və bu vəziyyətdən istifadə etmək üçün əlverişli fürsət yaranıb. Belə bir ssenaridə isə Kreml yalnız bir adekvat cavab verə bilər: strateji nüvə başlıqlarından istifadə etmək. Bu isə münaqişənin qlobal miqyasda təhlükəli bir mərhələyə keçməsi deməkdir. İstanbulda keçirilən danışıqlar da Rusiya-Ukrayna münaqişəsinin həllində real irəliləyiş təmin edə bilmədi. Danışıqların nəticəsiz qalması və son dövrlərdə Ukraynanın Rusiya hərbi bazalarına endirdiyi zərbələr Kremlin zəiflədiyi fikrini daha da gücləndirib. Bu isə Qərb ölkələrinin Rusiyanı məğlub etmək planlarının arxasında müəyyən reallıqların dayandığını göstərir. Beləliklə, vəziyyət daha da gərginləşir və nüvə qarşıdurması riski getdikcə daha ciddi narahatlıq doğurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya