Dünya əhalisi səhv hesablanıb: Kənd əhalisi ən azı 50 faiz əskik sayılıb
13:08 05.06.2025
Gündəm
473
“Bir neçə milyard daha çox insan yaşayır”
Birləşmiş Millətlər Təşkilatı (BMT), ötən yay etibarilə Yer kürəsində təxminən 8,2 milyard insanın yaşadığını açıqlamışdı. Lakin son bir araşdırma dünyadakı real insan sayının bundan daha çox ola biləcəyini ortaya qoyur.
Sherg.az xəbər verir ki, Finlandiyanın Aalto Universitetində doktorantura sonrası tədqiqatçı olan Josias Láng-Ritter və həmkarları, dünya əhalisi hesablanarkən səhvlərə yol verildiyini, xüsusilə kənd yerlərindəki məlumatların əskik olduğunu bildiriblər.
Tədqiqatçılar, istifadə olunan məlumat dəstələri arasında böyük uyğunsuzluqlar müəyyən ediblər. Bu da o deməkdir ki, kənd əhalisi, hətta ən etibarlı məlumatlarda belə, real sayından iki dəfə az göstərilib.
“Nature” adlı nüfuzlu elmi jurnalda yayımlanan araşdırma məqaləsində BMT-nin kənd yerlərində yaşayan insanların sayını ən az 50 faiz əskik hesabladığı qeyd olunur.
Bu nəticəyə görə, dünya əhalisi əvvəldən düşünüləndən yüz milyonlarla və ya hətta bir neçə milyard daha çox ola bilər.
Londondakı Queen Mary Universitetindən professor Jonathan Kennedy, “The Guardian” üçün yazdığı məqalədə bu tapıntıları şərh edib. Onun fikrincə, dünyada düşündüyümüzdən daha çox insanın yaşaması, planetin məhdud resurslarını nəzərə alsaq, narahatedici görünə bilər. Ancaq bu, eyni zamanda müsbət də sayıla bilər.
Kennedy qeyd edib ki, "həddindən artıq əhali" məsələsindəki narahatlıqlar çox vaxt şişirdilir. BMT-nin proqnozlarına görə, dünya əhalisi 2080-ci illərin ortalarında zirvəyə çatacaq və oradan sonra azalmağa başlayacaq. Bu da bir çox mütəxəssisi əhalinin azalmasının doğuracağı problemlər barədə düşünməyə vadar edir.
Professor yazıb:
“Bu qədər çox insan Yer kürəsinin resurslarına böyük yük ola bilər. Lakin əgər istehlak məsuliyyətlə idarə olunarsa və dayanıqlı texnologiyalar inkişaf etdirilərsə, dünya böyük bir fəlakətdən yayına bilər.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya