
Tovuzda ruhi xəstə olan oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - YENİLƏNİB-3 - FOTO
Yusif Nəzərli
13:38 06.06.2025
Hadisə
451
06.06.2025-ci il tarixində saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.
Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Vəziyyəti ağır olan 1 nəfərin isə (qadın cinsli) xəstəxanaya daxil olan kimi ölüm faktı qeydə alınıb.
***
Tovuz şəhərində ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.
Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Tovuzda ölümlə nəticələnən mübahisənin təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, fiziki qüsürlü şəxs ailə münaqişəsi zamanı anasını və bacısını batlalayıb.
Nəticədə ana ölüb, bacısı isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəni törədən fiziki qüsürlü şəxs polis şöbəsinə aparılıb.
***
Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, ölən və xəsarət alan şəxslər qadın olub. Onlara balta ilə xəsarət yetirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Tovuzda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosununn məlumatına görə, hadisə rayon ərazində qeydə alınıb.
Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğının söndürülməsi istiqamətində işlər gedir.
İlkin məlumata görə, ev mübahisə zamanı ailə üzvlərindən biri tərəfindən yandırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya