Salyanda qızı qaçıranlar atasının başını yardılar
Yusif Nəzərli
11:20 09.06.2025
Hadisə
442
Salyanda zorla qız qaçırdıqlarına və həmin qızın atasına ağır xəsarət yetirdiklərinə görə təqsirləndirilən Abdullah İbişov, Zabil Mehrəliyev və Rəvan Məmmədovun (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 144.2.3 (adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başladılan cinayət işinin məhkəməsi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər məhkəməsində keçirilən son prosesdə təqsirləndirilənlərə hökm oxunub. Hökmə əsasən, Abdullah İbişov və Zabil Mehrəliyevin hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Rəvan Məmmədov isə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb.
Qeyd edək ki, hadisə 2024-cü ilin iyununda Salyan rayonunun Peyk kəndində baş verib. Kənd sakini Abdulla İbişov dostları Zabil və Rəvanla görüşərək onlardan sevdiyi qızın qaçırılmasına yardım etmələrini istəyib. O buna görə qızla yanaşı anasının da məlumatlı olduğunu dostlarına deyərək onların arxayın hərəkət etmələrini istəyib.
Onlar planlaşdırıldığı kimi Ləmanın yaşadığı ünvana gələrək qarşılarına çıxan ev sahibi Ələskər İmanova özülərini "elektrik şəbəkəsi"nin işçiləri kimi təqdim edərək əvvəlcə içməyə su istəyiblər. Ev sahibi gedib çağırılmamış qonaqlara su gətirib. Abdullah suyu içdikdən sonra stəkanı Ələskərin başına vuraraq onun tutub saxlanılmasını Zabilə həvalə edib. Ev sahibini müqavimətsiz vəziyyətə gətirdikdən sonra Abdullah evə daxil olaraq zorla Ləmanı evdən çıxararaq avtomobilə əyləşdirib. Bundan sonra hər üçü hadisə yerindən uzaqlaşaraq Abdullanın yaşadığı evə gəlib qızı Abdullanın anasına təhvil veriblər.
Daha sonra Abdulla qızın ailəsinin polisə şikayət etdiyini bilib Salyanı tərk edərək Bakıya qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak etmiş hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya