
Rusiya və Ukrayna arasında sülh sazişi mütləq İstanbulda imzalanacaq - TƏHLİL
01:05 25.07.2025
Siyasət
496
İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu keçirilib. Danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi Metin Gürak da iştirak ediblər. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, tərəflər arasında növbəti əsir mübadiləsi baş tutub. Bildirilib ki, hər iki tərəf 250 nəfər əsiri qarşılıqlı olaraq dəyişib.
Mübadilə Belarus ərazisi vasitəsilə həyata keçirilib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Moskva Kiyevə siyasi, humanitar və hərbi məsələlər üzrə fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib. Bu qruplar onlayn formatda işləyəcək. Bundan əlavə, Medinski bildirib ki, Rusiya Ukraynaya 7 mindən çox hərbçinin cəsədini təhvil verib. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib ki, Rusiya və Ukrayna arasında İstanbulda baş tutan üçüncü raund asan keçməyib və sırf texniki xarakter daşımayıb: "Heç kim də kəskin irəliləyişlər gözləmirdi. Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu gözlənildiyi kimi çətin keçdi və texniki xarakterli deyildi. Əvvəlcədən məlum idi ki, sülh sazişinin hazırlanması istiqamətində iş davam edəcək. Lakin hər hansı ciddi irəliləyiş gözlənilmirdi. Rusiya danışıqlar heyətinin rəhbəri Vladimir Medinski də qeyd edib ki, tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır, amma dialoq aparılır". Komitə sədri həmçinin Rusiya tərəfinin siyasi, humanitar və hərbi məsələlər üzrə işçi qrupların yaradılması təklifini mühüm adlandırıb: "Ümid edirik ki, Ukrayna tərəfindən bu təklifə müsbət reaksiya veriləcək". Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov da deyib ki, Ukrayna avqustun sonuna qədər Vladimir Putin və Vladimir Zelenski arasında görüş keçirməyi təklif edib: "Rusiya hazırlığını nümayiş etdirməlidir. Ukrayna tam və qeyd-şərtsiz atəşkəsdə israr etməkdə davam edir. Atəşkəs mülki və mühüm infrastruktur obyektlərinə hücumların tam dayandırılmasını əhatə etməlidir". Rusiya-Ukrayna görüşündən sonra Türkiyənin iştirakı ilə üçtərəfli görüş də keçirilib. Türkiyə XİN rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşündə çıxışı zamanı bildirib ki, İstanbulda keçirilən görüşlərin hədəfi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq, müharibəni dayandırmaqdır. Onun sözlərinə görə, tərəflərin əldə etdiyi razılaşmadan asılı olaraq Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirməyə hər zaman hazırdır.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda başlanan növbəti ikitərəfli görüşü müharibəni dayandıracaq nəticəyə hədəflənməyib. Ekspert vurğulayıb ki, tərəflər ötən dəfə olduğu kimi bir qrup əsirin dəyişdirilməsinə razılaşa bilərlər:
"Bunun xaricində başqa razılaşmaların əldə ediləcəyi problematikdir. Sülhə hələ çox var. ABŞ Prezidenti Donald Tramp atəşkəsə nail olmaq üçün Rusiyaya 50 gün vaxt tanıyıb. Rusiya və Ukrayna 50-ci gündən sonrakı mərhələyə hazırlaşıblar. Kreml 50 gün ərzində Ukraynanın mümkün qədər çox ərazisini işğal etməyə, Ukrayna ordusu isə Rusiya tərəfinin itkilərini artırmağa çalışır. Rusiya ordusunun 50 gün ərzində Ukraynanın 4 bölgəsinin administrativ sərhədlərinə çıxacağı çətindir. Ona görə də Trampın Rusiyaya qarşı vəd etdiyi sanksiyaların işə düşəcəyi proqnozlaşdırılır. ABŞ Konqresi isə Rusiyadan neft alan ölkələrə qarşı sanksiya qətnaməsini müzakirəyə çıxarıb. Bu arada, bir qrup Avropa ölkəsi Ukrayna ordusunun işğalçıya qarşı müqavimətini gücləndirmək üçün Kiyevə göndərdikləri hərbi texnika sayını artırıb.
Müharibənin davamına baxmayaraq, tərəflərin İstanbul təmaslarının əhəmiyyəti itməyib. Tərəflər ən azı müəyyən humanitar məsələləri həll etməyə müvəffəq olurlar. İstanbul görüşləri Türkiyənin vasitəçi rolunu artırıb. Bir neçə gündən sonra Avropa və İran təmsilçiləri İstanbulda İranın nüvə məsələsini müzakirə edəcəklər. Rusiya və Ukrayna nə zamansa atəşkəsə və ya ən yaxşı halda sülh sazişi imzalamağa hazır olacaqlarsa, böyük ehtimalla sənədin imzalanacağı məkan İstanbul olacaq. Ancaq bunun üçün hələ zaman yetişməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm