
İlham İsmayıl: Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin
12:18 29.07.2025
Aktual
496
Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Rusiyanın təsiri altında olan bəzi şəxslər açıq şəkildə üzə çıxdılar
İyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin Sərəncam imzalayıb.
“Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.
Həmin məqalədə Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub.
Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.
Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi.
Və bu yaxınlarda bu rusiyayönlü şəbəkənin Azərbaycandakı daha bir üzvü - Azər Qasımov ifşa edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib.
Təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl Sherg.az-a deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin:

"Eyni zamanda “casus statusu” daşımayan, lakin təsir imkanlarına malik şəbəkə də formalaşdırsın. Bu təsir şəbəkəsi adətən səlahiyyət sahibi olan şəxslər arasından seçilir. Belə şəxslər Rusiya maraqlarına uyğun olaraq müəyyən proseslərə yön verə və daxili siyasətə təsir göstərə bilirlər. Onların bu fəaliyyətləri bəzən açıq şəkildə, bəzən isə daha gizli formada həyata keçirilir. Əksər hallarda bu şəxslərə fərdi səviyyədə müəyyən imtiyazlar və qarşılıqlı maraqlar təqdim olunur. Məsələn, onların bəzilərinin Rusiyada biznes fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaradıldığı barədə məlumatlar dolaşır. Ümumilikdə, 5-ci kolon və təsir şəbəkəsi bir-birindən fərqləndirilməlidir. 5-ci kolon daha çox təşkilatlanmamış formada mövcud ola bilər. Lakin təsir şəbəkəsi ilə daim məqsədyönlü şəkildə iş aparılır, onlara tapşırıqlar və fəaliyyət istiqamətləri verilir. Bu əlaqələr bəzən rəsmi və ya qeyri-rəsmi qurumların fəaliyyəti fonunda, olduqca təbii və adi görünən şəkildə qurulur. Buna görə də arxa planda baş verənlər şübhə doğurmur".
Ekspert qeyd edib ki, Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Rusiyanın təsiri altında olan bəzi şəxslər açıq şəkildə üzə çıxdılar:
"Onların bir çoxu qısa zamanda vəzifələrindən azad edildi. Həmin şəxslərin fəaliyyəti ilə bağlı detallı məlumatlar yəqin ki, müvafiq dövlət qurumlarına məlumdur. Odur ki, onlar barəsində müvafiq tədbirlərin görülməsi də mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya