ABŞ-ın Ermənistanla bağlı əsas məqsədi budur
Yusif Nəzərli
16:20 03.04.2024
Siyasət
543
ABŞ və Avropa Birliyi liderlərinin Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü, ilk növbədə, Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa yönəlmiş bir addımdır.
Axar.az xəbər verir ki, bunu gürcü siyasətçilər iddia edirlər.
Gürcü politoloq Simon Kopadze deyib ki, rəsmi Vaşinqton və Brüsselin Ermənistan baş naziri ilə üçtərəfli qeyri-formal görüşü hansısa yeni münaqişə yaratmağa xidmət etmir. Onlar Ermənistanı Rusiyanın təsirindən minimum itki ilə çıxarmaq üçün çalışırlar.
Siyasətçi, həmçinin qeyd edib ki, Brüssel görüşündə Ermənistanın Rusiyanın tabeliyindən çıxarılması prosesi diqqət mərkəzində olacaq.
“Təbii ki, bunlar mənim düşüncəmdir. Həmçinin bu görüşdə Rusiyanın təsirindən çıxmaqla yanaşı, Azərbaycan ilə sülh müqaviləsinin imzalanması məsələsi də aktual olacaq. Çünki regionda sülhü təmin edəcək qüvvə və ya qüvvələr bölgəyə təsir gücünə malik olacaq. Ona görə də onlar çalışırlar ki, sülh müqaviləsi tezliklə imzalansın. Ermənistanla görüş onlara, sadəcə, vəziyyəti izah etməkdən ibarət olacaq. Onlar Paşinyana Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasının vacibliyini başa salmaq üçün çalışırlar. Bu da təbii ki, ilk olaraq Ermənistanın xeyrinədir”, - o bildirib.
Gürcü politoloq Avtandil Mikatsadze də hesab edir ki, bu görüş Ermənistanı regionda Rusiyanın təsirindən qorumaq üçündür. Onun sözlərinə görə, Qərbin regionda heç nəyi qalmayıb, onlar, sadəcə, bölgədəki nüfuzlarını, maraqlarını, investisiyalarını müdafiə edirlər. Rəsmi İrəvan isə yaranmış vəziyyətdən yaxşı faydalanır.
A.Mikatsadze isə diqqətə çatdırıb: “Təcrübə göstərir ki, Qərbin Cənubi Qafqazda real müttəfiqi qalmayıb, çünki Ankara, Bakı və Tiflisdəki mövcud rejim onların oyunlarını dərk edir. Amma Ermənistanda baş nazir dəyişsə, bu zaman işlər daha da qəlizləşəcək. Biz regionda Ankara, Bakı və Tiflisin sülh üçün çalışdığının şahidiyik. Xüsusilə də Türkiyənin dəstəyi ilə regionda uzunmüddətli sabitliyi təmin edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət