
Aİ ilə münasibətlərin dönüş nöqtəsi: Bakı və Bressel arasında balans bərpa olundu -ŞƏRH
Yusif Nəzərli
12:30 17.05.2025
Siyasət
565
Bir müddət əvvəl elə təəssürat yarana bilərdi ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri zəifləyir. Aİ-nin əvvəlki rəhbərliyi dövründə ölkəmizə qarşı müəyyən haqsız yanaşmalar müşahidə olunurdu. Lakin Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi bu ədalətsiz yanaşmaların aradan qaldırılmasına səbəb oldu.
Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi münasibətlər tam şəkildə bərpa olunub və sağlam məcrada inkişaf edir. Ermənistan isə Aİ ilə əlaqələrində regionda özünə xüsusi və üstün mövqe qazandırmağa, ayırıcı xətlər çəkməyə çalışırdı. Bu cəhdləri dəstəkləyən dairələr də mövcud idi. Lakin Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu cür meyllər neytrallaşdırıldı və əməkdaşlıq platformasında balans bərpa olundu.
Politoloq Tural İrfan Sherg.az-a deyib ki, Azərbaycanın qətiyyətli mövqeyi və dövlət başçısının prinsipial, müdrik siyasəti hər zaman dövlətimizə qarşı münasibətlərin müsbət mənada dəyişməsinə səbəb olub:

"Təbii ki, Azərbaycanın istər bölgədə, istər dünyada artan nüfuzu, qüdrəti bir çox Qərb dövlətlərini yaxud dairələrini narahat edir. Aİ müəyyən vaxtlarda müxtəlif yollarla Azərbaycana qarşı haqsız münasibətlər sərgiləyirdi. Ancaq hazırda Aİ ilə Azərbaycan arasında münasibətlərin arzuedilən həddə inkişaf etdiyinin şahidi oluruq.
Bəzi ədalətsiz yanaşmalarının olması bu ittifaqın nəzərinə çatdırıldı və qəti və qaçılmaz mövqeyimiz qarşısında razılaşmamağa yer saxlamadı. Ermənistan Avropa İttifaqı ilə xüsusi bir imtiyaz əldə etmək və bölgədə özünə üstünlük əldə etmək istəyirdi. Şübhəsiz ki, Ermənistanı Fransa kimi dövlətlər və müxtəlif dairələr dəstəkləyirdi. Buna baxmayaraq, Azərbaycan dövlət başçısının apardığı səmərəli siyasət sayəsində Ermənistan dəf olundu və Aİ da neytallaşdı. Əməkdaşlıq platformasındakı balasın bərpa olunması Azərbaycanın qarşıda duran vəzifələrdə, məsələlərdə mövqeyini daha gücləndirdi. Əsasən Ermənistanın Rusiya ilə Avropa arasında bəzən ikili standartlarla hərəkət etməsi, gah o tərəfə gah da bu tərəfə yıxılması onun Aİ-da etimadını zəiflətdi. Azərbaycan tərəfin apardığı xarici siyasət, ələlxüsus Prezident İlham Əliyevin şəxsən bu prosesləri izləməsi və idarə etməsi nəticə olaraq, Aİ ilə də balansın nizama salınmasında əvəzsiz rol oynadı".
Politoloq sonda vurğulayıb ki, siyasi münasibətlərin bərpa olunması, Aİ-nın reallıq və qəti mövqe qarşısında geri çəkilməyə məcbur olması Azərbaycan diplomatiyasının növbəti nailiyyətlərindən sayıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region
Təbriz bombardman edildi - Ölənlər var
11:24 23.03.2026
Gündəm
İlham Əliyev Şahbaz Şərifi təbrik edib
11:13 23.03.2026
Rəsmi