Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin açıqlamalarına sərt reaksiya verib.
Sherg.az xəbər verir ki, Çelik sosial media hesabında paylaşdığı açıqlamada Özəlin dövlət qurumlarını hədəf alan və yerli idarəetmə orqanlarının rəhbərlərini təhdid edən ifadələrini pisləyib.
“Özgür Özəlin siyasi etikayla çox ciddi problemləri var. Dövlətimizin vəzifəli şəxslərini hədəf alan, valilərimizi və kaymakamlarımızı açıq şəkildə təhdid edən yolverilməz üslubunu qətiyyətlə qınayırıq”, – Çelik bildirib.
O, Özəli siyasi etikaya riayət etməyə çağıraraq, dövlətin valilərinin və digər inzibati vəzifəli şəxslərinin siyasi hesablaşmaların hədəfinə çevrilməsinin demokratiya mədəniyyətinə uyğun olmadığını vurğulayıb.
Çelik həmçinin AKP-nin hüququn aliliyini və milli iradəni əsas prinsip kimi qoruyacağını bildirib.