
AKP iqtidarı vədlərini yerinə yetirəcək
Yusif Nəzərli
10:28 07.04.2023
Siyasət
630
Seçkilərədək Ərdoğan bənzər qərarlarla "Cümhur İttifaqı"nın səs faizini, seçkidə yenidən qalib olmaq şansını artıra bilər
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd etdiyi sürprizlərin nədən ibarət olduğu açıqlanıb. Hazırda hökumət 3 əsas istiqamət üzrə iş aparır. Məlumata görə, bura “Ailə hesabı”nın yaradılması, Vətəndaşlıq Fondunun təsisi və gənclərə bayram bonusunun verilməsi daxildir. Türkiyədə ailə həyatı qurmaq ərəfəsində olan cütlüklərə 2-3 il müddətində geri qaytarılması nəzərdə tutulmayan 250 min lira, yəni 22 min manat vəsait ayrılacaq.
Təsis edilən Vətəndaşlıq Fonduna əsasən uşaq dünyaya gəldikdən sonra dövlət onlar üçün hər ay 100 və ya 200 lira vəsait ayıracaq. Uşaqlar 18 yaşına çatdıqdan sonra həmin vəsaitdən istifadə edə biləcəklər. Həmçinin tələbələrə ildə iki dəfə bayram bonusu veriləcək. Qeyd olunub ki, R.T.Ərdoğan bir tərəfdən seçkilərə hazırlaşır, digər tərəfdən qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrin icrasını davam etdirir. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 milyon 904 min 499 seçici səs verəcək. Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 milyon 286 min 786 nəfərdir.

Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, seçkilərdə insanlara müxtəlif vədlərin verilməsi və daha sonra onların yerinə yetirilməsi çox önəmlidir. Ekspertin sözlərinə görə, hazırda iqtidarda olan qüvvənin sözügedən vədləri yerinə yetirəcəyinə şübhə yoxdur və müxalifətin vədləri ilə müqayisədə daha ağlabatandır:
"Əgər AKP iqtidarı vaxtı ilə verdiyi vədləri yerinə yetiribsə, seçki öncəsi verdiyi sözləri də gələcəkdə tutacağı ehtimalı böyükdür. Vətəndaşlar üçün daha cəlbedici və inandırıcıdır. Bu cür addımlar seçicinin baxışını formalaşdırır və seçici səsini inandığı siyasi qüvvəyə verir. Xatırlayırsızsa, Gürcüstanda prezident seçkisinin birinci turunda müxalifətin namizədi qalib çıxmışdı. Amma ikinci tur keçirilənədək iqtidar tərəfi çox mühüm qərar verdi və əhalinin banklara olan borclarının bir hissəsi silindi. Məhz bu addıma görə, partiya yenidən iqtidar oldu. Mayın 14-də keçiriləcək seçkilərədək Ərdoğan bənzər qərarlarla "Cümhur İttifaqı"nın səs faizini, seçkidə yenidən qalib olmaq şansını artıra bilər. Görünür, mövcud iqtidar əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün seçkiyə kimi növbəti addımlarını atacaq. Müxalifətin vədləri isə elə vəd olaraq qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm