
Analitik: Ermənistan müharibəni başlatsa, Azərbaycan...
10:47 29.07.2024
Siyasət
498
Ermənistan Sünik (Zəngəzur - red.) və Tavuşda əhaliyə xəbərdarlıq, sığınacaqlara enmə və ərazidən təxliyə əməliyyatlarının təşkili ilə bağlı təlimlər keçirir.
Bu təlimlərin iyulun 29-u saat 10:00 ilə 15:00 arası baş tutacağı açıqlanıb.
İlk olaraq Tavuş rayonunun Berd bələdiyyəsinin Azərbaycanla sərhəddə yerləşən Artsvaberd qəsəbəsində təlim üçün həyəcan siqnalı verilib.
Həmçinin Zəngəzurun Mehri qəsəbəsinin Alvank, Karçevan, Nrnadzor, Şvanidzor, Vahravar, Vardanidzor və Taştun ərazilərində də təlimlərin keçiriləcəyi bildirilir.
Həyəcan siqnalı işlə salınan zaman əhalinin təşvişə düşməməsi üçün xəbərdarlıq edilib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın təxribatından sonra bu təlimlər diqqət çəkir.
Sözügedən təlimləri “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Azər Həsrət bildirib ki, Ermənistan bütün mövcudluğu dövründə təxribatlarla məşğul olub:

“Yəni 1918-ci qurulan Ermənistan Respublikası və Sovet dövründə yaranan Ermənistan Sovet Sosialist Respublikası Azərbaycana münasibətdə təxribatlarla yadda qalıb. Baxmayaraq ki, onlar bizim torpaqlarımızda özlərinə dövlət qurublar, amma təxribatlarından əl çəkmirlər. Ermənistan mövcudluğunu sübut etmək zərurəti duyur. "Gücüm var, müəyyən şeylər edə bilərəm" görüntüsünün arxasına sığınaraq nəsə etməyə cəhd göstərirlər. Amma bir şeyi unudurlar ki, Azərbaycan və Ordusu "Ermənistanın burnunu ovmaqla" onlara gözəl dərs verib. Yəqin ki, Ermənistan növbəti dəfə palçığa batmaq istəməz. Digər tərəfdən təxribat xarakterli addımlara getmələrinə səbəb daxili auditoriyaya hesablanması ola bilər".
Analitik əlavə edib ki, Ermənistanın daxilində revanşist qüvvələr hələ də ermənilərin Azərbaycan torpaqlarından getməsi ilə barışmaq istəmirlər:
"Onlar bir növ qızışdırıcı addımlarla məşğuldurlar. Əhalini yenidən həvəsləndirməklə Azərbaycana qarşı hansısa müharibə yaratmağa çalışırlar. Paşinyan hökuməti isə belə bir müharibənin nəylə nəticələnəcəyini yaxşı anladığına görə bu və digər vasitələrlə əhaliyə, revanşistlərə göstərmək istəyir ki, savaş nə deməkdir. Ermənistan müharibəni başlatsa, Azərbaycan birmənalı olaraq Zəngəzur xəttini və Göyçə gölünün Şərq sahilini, Şimal tərəfini Gürcüstan sərhəddinə qədər ermənilərdən təmizləməli olacaq. Ona görə də sözügedən yollarla əhalisinin qazını almağa çalışır ki, insanlar növbəti müharibənin hansı nəticələr verəcəyini başa düşsünlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə