Analitik: Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur
13:07 16.05.2025
Siyasət
365
Ermənistanın Minsk qrupunun buraxılmasına razı olmasını bəyan etməsi hələ sülh prosesinə dəstək demək deyil
Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması barədə şərti ilə razıyıq. Bunu Ermənsitanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, bu, ümumilikdə, rəsmi İrəvan üçün qəbulediləndir: "Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti, belə demək olarsa, bu münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil. Bunun da həlli yolu var. Bunun üçün bizim təklif etdiyimiz yol budur ki, sülh razılaşması və ATƏT-in Minsk qrupunun buraxılması barədə müraciət eyni yerdə, eyni vaxtda imzalansın". Ermənistan baş nazirinin fikrincə, bu, qarşılıqlı etimadın yaradılması və bölgədə stabilliyin qorunması üçün mühüm jest olardı.
Politoloq Sahil Kərimli Sherg.az-a söyləyib ki, Baş nazir Nikol Paşinyanın son açıqlamaları Ermənistanın qeyri-real mövqeyini bir daha ortaya qoyur:
“Nikol Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq, özünü sülh tərəfdarı göstərmək kimi manipulyasiyalarla məşğuldur. Ermənistanın Minsk qrupunun buraxılmasına razı olmasını bəyan etməsi hələ sülh prosesinə dəstək demək deyil. Çünki bu, Azərbaycanın Ermənistana təklif etdiyi haqlı və ədalətli təklifin yalnız bir hissəsidir. Azərbaycanın təklif etdiyi digər məsələlər isə hələ də həllini tapmayıb. Ermənistan konstitusiyasına dəyişiklik etməklə bağlı prosesi uzatmaqla qeyri-konstruktiv mövqe sərgiləyir. Azərbaycanın əsas tələblərindən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Yəni konkret olaraq Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Bundan sonra Ermənistanla Azərbaycan arasında ədalətli, uzunömürlü və dayanıqlı sülhdən danışmaq olar”.
Ekspert qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü dəfələrlə tanıdığını beyan edib və bölgədə sülhün, təhlükəsizliyin əldə olunmasına ciddi dəstək verib:
"Ermənistan isə bu prosesi uzatmaqla sülh və təhlükəsizlik üçün ciddi maneələr yaradır, bölgədə hərbi qarşıdurma formalaşdırmaq istiqamətində bir çox neqativ addımlar atır. Azərbaycanla şərtli sərədlərdə tez-tez atəşkəsin pozulması, Ermənistanda revanşist qüvvələrin ayaqlanması və hakimiyyətinin bunlara göz yumması Ermənistanın öz beyanatlarında səmimi olmadığını sübuta yetirir. Dayanıqlı sülhdən, qarşılıqlı ehtimaddan o zaman danışmaq olar ki, Ermənistan Azərbaycanın tələblərinə əməl etsin. Azərbaycana qarşı ərazi idiyalarından əl çəkmək, sərədlərin delimitasiya və demarkasiya prosesində konstruktiv mövqe tutmaq, bölgədə nəqliyyət kommunikasiya xətlərinin açılması, zəngəzur dəhlizinin reallaşdırılması prosesində Ermənistan ciddi addımlar atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region
Təbriz bombardman edildi - Ölənlər var
11:24 23.03.2026
Gündəm
İlham Əliyev Şahbaz Şərifi təbrik edib
11:13 23.03.2026
Rəsmi