
Analitik: Sərhədlərin dəqiqləşdirilməsi önəmli məsələdir
Yusif Sultanoğlu
14:48 11.04.2024
Siyasət
515
Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib.
"Hökumətlər xeyli müddətdir dayandırılmış delimitasiya işlərinin bərpası ilə bağlı razılığa gəliblər. Hazırda hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib. Lakin görüşlər hələ baş tutmayıb", - o bildirib.
Nazir müavini ilk görüşün tez bir zamanda olacağına ümid etdiyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, belə görüşlərin keçirilməsi çox vacibdir:

“Vətən müharibəsi bitdikdən və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra sərhədlərin dəqiqləşdirilməsi önəmli məsələdir. Delimitasiya və demarkasiya həll edilmədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında münasibətlər normallaşa bilməyəcək. Ona görə də Azərbaycan və Ermənistan bu məsələnin həlli üçün tezliklə çalışmağa başlamalıdır. Azərbaycan tərəfi heç bir ön şərt irəli sürmədən məsələlərin müzakirəsinə açıq olduğunu dəfələrlə bildirib. Amma təəssüflər olsun ki, Ermənistan Fransanın qızışdırıcı oyunları ilə tez-tez təxribatlara əl atır. Bu səbəbdən də proseslərin həlli ləngiyir. Ermənistanın Azərbaycandan fərqli olaraq ipləri öz əlində olmadığına görə təxribatlara gedir. Ermənistan təxribat törətməyəndə isə bu addımları üçüncü tərəflər həyata keçirir. Həmin təxribatları törədənlər sırasında Rusiya və Fransa dayanır. Son günlər şərti sərhəddə baş verən təxribatlarda məhz Rusiyanın əli var. Çünki Rusiya bununla 5 aprel Avropa İttifaqı, Amerika və Ermənistanın keçirdiyi görüşə görə rəsmi İrəvana cəza vermiş oldu. Ona görə də Azərbaycan ikitərəfli görüşlərə daha çox üstünlük verir. Belə olan halda isə problemləri rahat şəkildə həll edə biləcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm