
Analitik: Sülh müqaviləsində belə Ermənistanı riyakarlığa çağırırlar
Yusif Nəzərli
04:00 05.11.2024
Siyasət
527
Böyük ehtimalla yeni savaş yaratmaq üçün hərbi mütəxəssislər Avropadan gəlib Ermənistana strategiya dərsi keçirlər
"Ermənistanı əsasən Hindistan, İran və ən əsası da Fransa silahlandırır. Bu ölkələr Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanmasını istəmirlər".
Bunu Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan deyib.
Ekspert bildirib ki, Fransa qondarma "müşahidəçi" qismində Ermənistana yerləşib Azərbaycan və Türkiyə əleyhinə kəşfiyyat aparır:

"Fransa dünyada müsəlmanlara qarşı gizli səlib yürüşünün təşkilatçıları arasında rol alan dövlətdir. Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini həzm edə bilmirlər. Son günlər ona görə aktivləşiblər ki, artıq sülh müqaviləsinə bir addım qalıb. Mümkün qədər quru yeri qaşıyıb əmma tapmaq istəyirlər və eyni zamanda ən əsası isə kəşfiyyat aparırlar. Avropa İttifaqının "müşahidəçi" qismində Ermənistanda olan qrupları, əslində, Qərbin gizli kəşfiyyat orqanlarının əməkdaşlarıdır. Bu missiya bölgədə münaqişə yaratmağa cəhd edir və Türkiyəni, Azərbaycanı daim münaqişələrlə məşğul etmək niyyəti güdür. Ermənistanı alət kimi illərlə istifadə edən bu ölkələr indi də savaşa təhrik edirlər. Sülh müqaviləsində belə Ermənistanı riyakarlığa çağırırlar. Böyük ehtimalla yeni savaş yaratmaq üçün hərbi mütəxəssislər Avropadan gəlib Ermənistana strategiya dərsi keçirlər. Eyni zamanda müasir və ağır silahlarla silahlandırırlar. Bu, nə Ermənistanın, nə də bölgədəki digər qonşuların xeyrinədir".
Həmsöhbətimiz vurğulayıb ki, Fransanın min kilometrlərlə uzaqdan gəlib Qafqazda müharibə hazırlığı aparması qəbuledilməzdir:
"Fransa da içində olmaqla böyük savaş hazırlığında olan Qərb bəzi dövlətlərə sızaraq tədbir görürlər. Türkiyəni üzük qaşı kimi sarımağa cəhd edirlər. Sülh çağırışlarına "müsbət" yanaşırmışlar kimi görünüb altdan məkrli planlar qurmaq Fransa, Ermənistan kimi dövlətlər üçün xarakterikdir. Ona görə də Ermənistan və Azərbaycan bu məsələləri özləri həll etməlidir. ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Türkiyə və Azərbaycana qarşı torpaq iddiası Ermənistan konstitusiyasından çıxarılmalıdır. Əks halda Ermənistanın ciddi sülh niyyətində olub-olmadığını müəyyən etmək olar. Gələcəyə buraxmaq olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region