ANAMA rəsmisi: Azərbaycan minalardan təmizləmədə humanitar dəyərlərə sadiqdir
20:53 28.07.2025
Siyasət
455
Azərbaycan işğaldan azad edilmiş ərazilərin mülki əhalisi, sosial-iqtisadi inkişafı və ətraf mühit üçün ciddi təhlükə yaradan irimiqyaslı minalarla çirklənmə ilə üz-üzədir.
"Report"un xəbərinə görə, bunu bazar ertəsi Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən "Minalardan azad dünyaya doğru: Azərbaycan nümunəsi" adlı beynəlxalq seminarda çıxış edən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov deyib.
Onun sözlərinə görə, ölkənin cənub-qərbində bir milyon hektardan çox ərazi minalanmış vəziyyətdə qalıb. Bu ərazilərdə hərbi əməliyyatlar başa çatdıqdan sonra 243 insident qeydə alınıb, nəticədə 70 nəfər ölüb, daha 330 nəfər yaralanıb.
"Təəssüf ki, insanların tələsik şəkildə işğaldan azad edilmiş ərazilərə qayıtmağa başlaması ilə insidentlərin sayı artıb. Bu rəqəmlər təhlükənin miqyasını açıq şəkildə əks etdirir və minalarla mübarizə prosesinə davamlı beynəlxalq dəstəyin zəruriliyini vurğulayır", - E.Qasımov qeyd edib.
O əlavə edib ki, 2025-ci ilin iyuluna qədər Azərbaycan 200 min hektardan çox ərazini minalardan təmizləyib. İşlər zamanı 37 655 piyada əleyhinə mina, 21 992 tank əleyhinə mina və 143 010 partlamamış hərbi sursat zərərsizləşdirilib.
Malayziyanın İnsan Hüquqları Komissiyasının (SUHAKAM) sədri Datuk Seri Mohd Hişamudin Yunus da öz növbəsində təşkilatın bütün insanların, xüsusilə həssas qrupların hüquqlarının müdafiəsinə sadiq olduğunu vurğulayıb və piyada əleyhinə minalardan istifadəni pisləyib.
"SUHAKAM Azərbaycanın mina və partlamamış hərbi sursatlarla çirklənməsi ilə bağlı üzləşdiyi vəziyyətin ciddiliyini dərindən dərk edir. Malayziyanın piyada əleyhinə minaların qadağan olunması ilə bağlı sərt mövqeyinə baxmayaraq, biz də öz əhalimizi bu cür sursatların təhlükələri və onlar aşkar edilərsə, nə etməli olduğumuz barədə məlumatlandırmağı gücləndirməyə borcluyuq", - o qeyd edib.
Hesablamalara görə, Azərbaycanda minaların tam təmizlənməsi təxminən 20 il çəkə və təxminən 25 milyard ABŞ dollarına başa gələ bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur