Digər qisim isə hesab edir ki, bu “təşəbbüs” daha çox türkləri nəzarətdən kənarda saxlamamaq cəhdinə, onların arasında olub, yeni nifaqlar yaratmaq istəyinə daha çox bənzəyir. Son dövrlər Türk Şurası regional təsir gücünə malik təşkilata çevrilməkdədir. Şuraya daxil olan dövlətlərin əksəriyyəti yeraltı təbii sərvətlərlə zəngindir. Türkiyənin bu ölkələrlə yaxınlaşmasını Rusiya özü üçün təhdid hesab edə bilər. Həmçinin, Türk Şurasına daxil olan dövlətlər beynəlxalq nəqliyyat qovşağının üzərində yerləşir. Təşkilatın güclənməsi regionda yeni gücün formalaşması deməkdir ki, bu da əsas strateji bölgələrin Rusiya tərəfindən itirilməsinə gətirib çıxarır. Bir məqamı da vurğulayaq ki, Rusiyada yaşayan türkdillilərin sayı 35 milyondan çoxdur. Bu günə qədər onlar Rusiya Federasiyası daxilində subyektlər kimi fəaliyyət göstəriblər. Zaman-zaman Rusiyadakı bəzi siyasi elitadan Türk Birliyinin qurulmasına qarşı sərt reaksiyaların şahidi olmuşuq. Eyni zamanda Rusiyadakı siyasi müxalifətin bəzi nümayəndələri də türk dövlətlərinin birliyindən narahat olduqlarını bu və ya digər formada dilə gətiriblər.
Artıq super güclər nüfuzla hesablaşırlar