
Asəf Quliyev: Sülh müqaviləsinin bağlanması Rusiyaya sərf etmir
Yusif Sultanoğlu
05:56 04.06.2024
Siyasət
558
Rusiyanın təsir dairəsində olan erməni politoloqların, siyasətçilərin əksəriyyəti prosesə qarşı çıxırlar
“5-ci kolon” nümayəndələri də hər fürsətdən istifadə edib prosesi ləngitməyə çalışırlar”
Erməni politoloq Stepan Danielyan Türkiyə rəsmilərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması arzularını ifadə etməsini “tələskənlik” kimi qiymətləndirib. Danielyan “türklərin niyə tələsdiyini” anlamağa çalışıb. O bildirib ki, mümkün variantlar - Ukrayna müharibəsinin dondurulması, İranda hakimiyyətin ötürülməsi və xarici siyasətdə dəyişiklik, Ermənistanın baş naziri və komandasının hakimiyyəti itirməsi ola bilər. “Yaxın aylarda beynəlxalq konfiqurasiyanı dəyişə biləcək fundamental hadisələr gözlənilir”, - o iddia edib. Qeyd edək ki, Türkiyə rəsmilərinin vaxtaşırı olaraq Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişi imzalamasını arzulamasının səbəbi regionda sabitlik və iqtisadi inkişaf üçün yaranan tarixi fürsətdir. Erməni müxaliflər isə “fundamental dəyişiklik” gözləyərək, regiona növbəti qeyri-stabilliyin gəlişini arzulayırlar.
Araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanda Azərbaycanla münasibətərin normallaşması prosesinə qarşı çıxanların əks arqumenti demək olar ki, yoxdur. Sülh istəməyən qüvvələrin heç bir adekvat təklifi yoxdur:
"Hesab edirəm ki, sözügedən şərhi verən erməni politoloqu araşdırsaq, hansısa ölkənin “5-ci kolon” üzvü çıxacaq. Rusiyanın təsir dairəsində olan erməni politoloqların, siyasətçilərin əksəriyyəti Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını dəstəkləmir və prosesə qarşı çıxırlar. Bunun da səbəbi və məqsədi aydın məsələdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Rusiyaya sərf eləmir. “5-ci kolon” nümayəndələri də hər fürsətdən istifadə edib prosesi ləngitməyə çalışırlar”.

Bölgədə hansısa bir “fundamental dəyişiklik” olacağı təqdirdə bunun sülh prosesinə təsirinə gəldikdə isə A.Quliyev deyib ki, mövcud danışıqlar fonunda mövcud olan sülh bəyanatı heç bir halda gündəmdən çıxarıla bilməz:
“Müəyyən mənada prosesin zəifləməsi və yaxud ləngiməsinə təsir edən hadisələr ola bilər. Amma heç bir tərəf sülhdən imtina etmək niyyətində deyil. Ermənistanda sülhə qarşı çıxan qüvvələr isə hələ də anlamır ki, son nəticədə uduzan erməni xalqı olacaq. Halbuki indiki reallıqda Sülh müqaviləsinin imzalanmasında Ermənistan daha çox maraqlı olmalıdır. Ermənistanın uzun illərdir apardığı xarici siyasət ölkəni regiondakı bir sıra nəqliyyat layihələrindən kənar qoyub.
Sülh müqaviləsinin imzalanması isə Türkiyə və Azərbaycanla sərhədlərin açılması deməkdir. Onlar iqtisadi vəziyyətini yeni əməkdaşlıq formatlarına qatılmaqla, kommunikasiyaların açılmasına nail olmaqla yaxşılaşdıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət