Azərbaycan diaspor təşkilatları Fransa rəhbərliyinə müraciət edib
Yusif Nəzərli
09:45 02.10.2021
Siyasət
331
Azərbaycan diaspor təşkilatları Fransa rəhbərliyinə müraciət edib
Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr - Anım Günü ilə əlaqədar Fransanın siyasi rəhbərliyinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, “Ulduz” Mədəniyyət Assosiasiyası, “Alim” Elmi Birliyi, Fransa–Azərbaycan Gənclər Assosiasiyası, Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa–Azərbaycan icmasının imzaladığı müraciət Fransa prezidenti Emmanuel Makrona, Avropa və xarici işlər naziri Jan-İv Le Driana, Milli Assambleyanın sədri Riçard Ferrana, Senatın prezidenti Jerar Larşeyə ünvanlanıb.
Müraciətdə 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın 30 il öncə Ermənistan ordusu tərəfindən qeyri-qanuni olaraq işğal edilən ərazilərini azad etdiyi, Azərbaycan tarixinin və mədəniyyətinin əhəmiyyətli hissəsi olan Qarabağ bölgəsinin işğal dönəmində ermənilər tərəfindən tamamilə dağıdıldığı, hazırda bu ərazilərdə yenidənqurma və bərpa işləri üzrə iri layihələrin sürətlə həyata keçirildiyi və sair barədə ətraflı məlumat verilib.
Fransadan gözləntilərini ifadə edən diaspor təşkilatları ölkənin siyasi rəhbərliyini Azərbaycan ərazilərində Ermənistanın qeyri-qanuni olaraq yerləşdirdiyi ölümsaçan minaların basdırıldığı ərazilərin xəritələrini təhvil verməsi məsələsini dəstəkləməyə, Ermənistanla yaratmaq istədiyimiz sülh prosesində Azərbaycanla yanaşı dayanmağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm