Azərbaycan əsilli məşhur kulinar Zəfər Günü münasibətilə klip təqdimatı edib - VİDEO
Azərbaycan əsilli məşhur kulinar Zəfər Günü münasibətilə klip təqdimatı edib - VİDEO
Yusif Nəzərli
06:29 08.11.2022
Siyasət
283
Tanınmış aşpaz, bloqer, əsasən Azərbaycan mətbəxinə həsr olunmuş kitabların müəllifi olan Stalik Xankişiyev özünün “YouTube kanalında klip təqdimatı edib.
Məşhur kulinarın tar və balabanda ifa etməsi onun pərəstişkarları üçün sürpriz olub.
Belə ki, aşpazı bu klipi çəkməyə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ilhamlandırıb.
“Bu gün, noyabrın 8-i bütün Azərbaycan xalqı üçün, hər bir azərbaycanlı üçün əlamətdar tarixdir. Biz çox gözəl bilirik ki, bu qiymətli qələbə üçün oğlanlarımızın nə qədər qanı tökülüb, nə qədər qiymətli canlar verilib. 44 günlük dastanın hər gününü xatırlayırıq. O günlər narahat olduq, dua etdik, bir çoxları əlindən gələn hər cür köməyi əsirgəmədi. Mənim dostlarım, Bakının ən yaxşı restoranlarında işləyən aşpaz yoldaşlarım ləzzətli, isti yeməklər bişirmək üçün əsgərlərin ardınca cəbhə bölgəsinə yollandılar. Təəssüf ki, onlardan iki aşpaz həlak oldu”, - deyə Stalik Xankişiyev bildirib.
Məşhur aşpaz bildirib ki, musiqini 8 noyabr 2020-ci ildə bəstələyib, Moskvadan, İsraildən, Türkiyədən, Almaniyadan və digər ölkələrdən olan musiqiçilər onun bu təşəbbüsünə qoşulub:
“Rus dilində olan mətni gənc şairə Ülviyyə Axundova yazdı və musiqi ərsəyə gəldi. İlk dəfə musiqini gənc və istedadlı müğənni Emil Qədirov ifa etdi. Nəğmə yayılmağa başladı və bu yaxınlarda Qarabağ əsilli şair Tərlan Zülalov mahnının azərbaycanca mətnini yazıb. Azərbaycanın qəhrəman oğullarının əziz xatirəsinə həsr olunur!” - Stalik Xankişiyev vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət