“Azərbaycan ortaq düşmənə qarşı mübarizədə birlik formulu təklif edir” - AKTUAL
Banuçiçək Kalbalıyeva
14:18 29.06.2020
Siyasət
719
“Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dünyanı lərzəyə salan COVİD-19 pandemiyası dövrünə təsadüf etdi. Azərbaycan prezidenti İlham Əliyev ötən aylarda hər iki qurumun ayrılıqda onlayn zirvə toplantılarını təşkil edərək pandemiya mövzusunu və yardımlaşmanı müzakirəyə çıxartdı. Buna qədər heç bir beynəlxalq təşkilat və liderlər pandemiyanın onlayn zirvə toplantısının müzakirəsini təşkil etməmişdi. Azərbaycan ilkə imza atdı. Ancaq bununla kifayətlənmək olmazdı. Prezident İlham Əliyevin BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdü".
Bu sözləri "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildib ki, dünyanın 130-dan çox dövləti artıq dövlət başçımızın bu təklifini dəstəkləyib və belə bir sessiyanınn keçirilməsi tam realdır:
“Tək elə Qoşulmama Hərəkatının, eyni zamanda BMT-nin 120 üzvü bu ideyanı dəstəkləyərək eyni çağırışla çıxış etsələr, BMT Baş Məclisi pandemiya ilə mübarizəyə həsr edilmiş sessiya keçirməlidir. Bu BMT Nizamnaməsinə də uyğundur. İlham Əliyev artıq Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97-sinin təşəbbüsə dəstək verməsi kifayətdir ki, xüsusi sessiya təşkil olunsun. Azərbaycan prezidentinin təklifini dəstəkləyən ölkələrin sayı isə 97-ni xeyli aşır. Deməli, onlayn sessiyanın baş tutacağını vurğulamaq olar”.
Politoloq sessiyanın gündəliyi haqqında da danışıb:
“Reallaşacaq onlayn sessiyanın gündəliyini tərtib etmək lazım gələcək. Aydındır ki, onlayn konfrans dünyanı bürüyən bəlaya çarə tapmayacaq. Ancaq indiki ağır vəziyyətdə pandemiya ilə mübarizə mövzusunun ortaq müzakirə edilməsi, liderlərin yeni ideyalarla çıxış etməsi də vacibdir. Məsələn müxtəlif ölkələrin laboratoriyalarında peyvənd və dərman üzərində çalışmalar sürətlənib. Bu işin koordinasiyasına ehtiyac var. Çünki bəllidir ki, hansı ölkə ilkin olaraq peyvəndi və dərması icad etsə və onun effektivliyi sübut olunsa icadı ilə başqa dövlətlərlə paylaşmalı olacaq. Bu halda istər-istəməz koordinasiyaya ehtiyac duyulacaq.
Həmin peyvəndin və dərmanın hər yerə çatdırılması və insanların xilası isə zaman alacaq. Bu zamanı qısaltmaq üçün həmin dərmanın istehsalının həcminin böyütmək və milyardlarla dollara ehtiyac olacaq. Bu isə yalnız bir ölkənin görəcəyi iş deyil. Ona görə də BMT-yə üzv dövlətlərin indidən müzakirələrə, koordinasiyaya və ortaq məxrəcə gəlmələrinə ehtiyacı var ki, gələcəkdə zaman itirmədən peyvəndin və dərmanın gərəkli bütün ölkələrə çatdırılması təmin edilsin.
Bəşəriyyət vahid düşmənlə mübarizə apardığından birgə fəaliyyətə ehtiyac var. Bu mənada BMT prosesdən kənarda qala bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm