Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib
14:34 07.07.2023
Siyasət
448
Moskvada Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.
"Report" xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Tərəflər Azərbaycan-Rusiya dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə ediblər.
Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir.
Vurğulanıb ki, Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi münasibətlər çox müsbət tendensiyaya malikdir. 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 24 % artaraq 3,7 milyard ABŞ dollarını keçib.
Tərəflər həmçinin sənaye əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıblar.
Bildirilib ki, hər iki tərəf nəqliyyat və logistika əlaqələrinin inkişafına xüsusi önəm verir. Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmində müsbət artım dinamikası təmin edilib və bu, 2022-ci ildə 36 %-dən çox təşkil edib.
Tərəflər inkişafı üçün birgə səylərin göstərildiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin layihəsini prioritet hesab ediblər.
İclasın yekununda Protokol imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə