Azərbaycan Rusiyanın gedişlərinə Türkiyə-Azərbaycan birliyi ilə cavab verir - Ekspert
Turan
08:08 20.12.2020
Siyasət
484
“Hadrut qəsəbəsinin 2 kəndində erməni yaraqlıları Azərbaycan əsgərinə hücum etdi və bir neçə əsgərimizi şəhid etdi. Ardınca rus “sülhməramlıları”nın fəaliyyət məkanı artırıldı və yeni “xəritə”də təsbit olundu”.
Bu barədə “Sherg.az”a Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri deyib.
Analitik bildirib ki, bu hadisələr ardıcıllığının pik nöqtəsi Rusiya "sülhməramlılarının" komandanı Rüstəm Muradovun Xankəndində terrorçubaşı Arayik Arutyunyanla qardaşcasına qucaqlaşması oldu:
“Mesaj Azərbaycan tərəfindən alındı və ardınca nə baş verdi? Möhtəşəm "Zəfər Paradı"nda Azərbaycan-Türkiyə birliyi nümayiş olundu. Səhnələşdirilmiş paradda nümayiş olunanlarla rusun əzələ nümayişinə əzələ ilə cavab verildi. Ardınca Azərbaycan Hadrutun 2 kəndində antiterror əməliyyatı keçirməklə, gücə güclə cavab verdi. Və Azərbaycan əsgəri Qaladərəsi ətrafında 100-dən çox erməni terrorçusunu tərksilah etməklə, Rusiyanın istədiyi kimi hər şeyin "oldu-bitdi" ilə başa çatacağına imkan verilməyəcəyi bəyan etdi. Nəticə o oldu ki, işğala qədər mövcud olan sərhədlərimizdən ard-arda erməni ordusu çıxmağa başladı. Rus "sülhməramlılarının" Qarabağa gəlişindən sonra Azərbaycan əsgərinin nəzarətində olan ərazilərə qayıdan ermənilər yenidən o əraziləri tərk etməyə başladılar. Rusiya Müdafiə Nazirliyinin həddini aşaraq hazırladığı yeni xəritə ləğv olundu və xəritə əvvəlki məcraya qaytarıldı. Şuşa və Laçına açılan bir çox strateji yollar Azərbaycan əsgəri tərəfindən nəzarətə götürüldü. Laçının ən yüksək nöqtəsində Azərbaycan bayrağı qaldırıldı. Rusiya Azərbaycandan idxal etdiyi pomidorlara qoyduğu qadağanı ləğv etdi. Ən nəhayət Xankəndində qondarma "DQR" rejiminin inzibatı binasının başında və önündə "bayraq" olaraq yellənən əskilər endirildi”.
Ekspertin sözlərinə görə, baş verənlərlə Rusiya Azərbaycana bəzi mesajlar vermək istəyirdi: “
“Rusiya bununla regionda kimin söz sahibi olduğunu, general Muradovun terrorçubaşı ilə isti görüşməsi ilə hər an Qarabağ yarasını qanada biləcəklərini nümayiş etdirdi. Azərbaycan da Rusiyanın bu gedişinə Türkiyə-Azərbaycan birliyi, anti-Rusiya ictimai rəyi və Azərbaycan əsgərinin dəmir yumruğu ilə cavab verdi. Rusiya yalnız bu dildən anlayır. Ortada Suriya, Liviya və Qarabağ təcrübəsi var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya