Azərbaycan səfiri İran xarici işlər nazirinin müavini ilə görüşdü

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İslam Respublikasının xarici işlər nazirinin konsulluq, xaricdə yaşayan iranlılar və parlament məsələri üzrə müavini Vahid Cəlalzadə ilə görüşüb.

Teleqraf xəbər verir ki, məlumatı Azərbaycanın İrandakı səfirliyi yayıb.

Görüşdə ikitərəfli konsulluq məsələlərinə dair fikir mübadiləsi aparılıb.