Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq -PROQNOZ
Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq -PROQNOZ
Yusif Sultanoğlu
04:38 23.04.2024
Siyasət
466
Qarşımızda heç bir əngəl qalmayacaq
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yaxın günlərdə Azərbaycana səfər edəcəyini deyib. Ersin Tatar iki dövlət arasında əlaqələrin qarşılıqlı səfərlərlə daha da möhkəmlənəcəyini bildirib. Qeyd edək ki, Ersin Tatar Şimali Kipr Taekvondo, Karate, Cüdo, Aykido Federasiyasının yaradılmasının 47-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirdə iştirak edib və Azərbaycandan gələn nümayəndə heyəti ilə görüşüb. Vurğulayıb ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti gənclərinin idmanda bir araya gəlməsi vacibdir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, Kipr türklərinin keçdiyi tarixi yol, torpaqları, halal haqları uğrunda vətənpərvər mübarizəsi, müstəqil dövlət atributlarının formalaşdırılması, idarəetmə institutlarının tam təşkil olunması, qanunverici hakimiyyət, məhkəmə orqanlarının sərbəst fəaliyyəti, iqtisadi imkanları imkan verir ki, Şimali Kipr müstəqil dövlət olaraq yaşasın, fəaliyyət göstərsin:
"Təəssüf ki, onlara qarşı beynəlxalq birlik tərəfindən çox haqsızlıqlar olub. Azərbaycan xalqı mənəvi olaraq kiprli qardaşlarımıza dəstək verir və gələcəkdə də verəcək. Qarşı tərəfin apardığı hiyləgər, hər hansı hüquq normalarına uyğun olmayan siyasətə qarşı olaraq, təbii ki, hüquq normaları çərçivəsində kiprlilərlə münasibətlərimizi qururuq. Daha çox mədəni əlaqələrə üstünlük verilir. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu əlaqələrin siyasi müstəviyə keçməsinə şərait yaranıb. Bu baxımdan Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin ölkəmizə səfəri mühüm bir addımdır. Təbii ki, Ermənistanla münasibətləri tam yoluna qoyandan sonra Şimali Kiprin müstəqilliyinin tanınması ilə bağlı qarşımızda heç nə dayanmayacaq. Biz Kiprin müstəqilliyini tanıyacağıq, buna əminəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm