Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçirilib
Yusif Nəzərli
06:18 21.04.2025
Siyasət
388
20 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraq Respublikasına səfər edib.
APA xəbər verir ki, səfər çərçivəsində Bağdad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, İraq tərəfindən isə xarici işlər nazirinin ikitərəfli əlaqələr üzrə müavini Məhəmməd Hüseyn Bahr Al-Ulum rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, ticarət, enerji, humanitar və parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı (COP) çərçivəsində qarşılıqlı əməkdaşlıq münasibətlərinə toxunulub.
İraq tərəfinə münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində, nazir müavini Yalçın Rəfiyev İraq Respublikasının rabitə naziri, Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın İraq tərəfindən həmsədri xanım Hiyam Əl-Yasiri ilə görüşüb. Görüş zamanı, Komissiyanın iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişafına verdiyi töhfə xüsusi olaraq vurğulanıb və yaxın gələcəkdə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Komissiyanın növbəti iclasının ikitərəfli əlaqələrə təkan verəcəyinə əminlik ifadə olunub.
Nazir müavini Yalçın Rəfiyevin İraq Respublikasının ekologiya nazirinin müavini Casim Əbdüləziz Hamadi ilə keçirilmiş görüşündə Azərbaycanın uğurlu COP29 sədrliyi və iqlim dəyişiklikləri sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.
İraq-ın “Rewaq Baghdad Center for Public Policy” beyin və tədqiqat mərkəzini ziyarət edən Yalçın Rəfiyev, mərkəzin direktoru Abbas Al-Anbari ilə görüşüb. Həmçinin mərkəzin rəhbər şəxsləri və tədqiqatçılarının iştirakı ilə təşkil edilmiş dəyirmi masada Yalçın Rəfiyev ölkəmizin xarici siyasəti, COP29 sədrliyi, Azərbaycanın regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və İraqla əməkdaşlığının gələcək inkişaf perspektivləri ilə bağlı məlumat verib və iştirakçıların çox saylı suallarını cavablandırıb. Dəyirmi masada Azərbaycan-Ermənistan sülh gündəliyi və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət