Azərbaycan və Maldiv XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb
17:45 07.07.2023
Siyasət
665
7 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Maldiv Respublikasının xarici işlər üzrə dövlət naziri Əhməd Xəlil arasında görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən "Sherg.az"a bildirilib ki, görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensivləşdirilməsi, iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib.
Tərəflər arasında, həmçinin çoxtərəfli əməkdaşlıq, regional məsələlər və digər maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Maldiv Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə