“Azərbaycan və Qazaxıstanın maraqları bir-birinə cavab verir”
“Azərbaycan və Qazaxıstanın maraqları bir-birinə cavab verir”
Yusif Nəzərli
13:10 28.10.2022
Siyasət
474
“Ölkəmiz Orta Asiya və Türkiyə arasında körpü rolunu oynayır”
“Qazaxıstan isə Türk Birliyinin qurulmasında fəal iştirak edir”
Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamlayıb.
Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında belə görüşlərin önəminin böyük olduğunu deyən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a bildirib ki, nə qədər çox görüşlər olarsa, yaxınlaşma bir o qədər çox olar:
“Bu gün hər iki qardaş ölkə əlaqələrin inkişafına xüsusi önəm verir. Son illər Qazaxıstan sürətli inkişaf xəttini tutub. Mərkəzi Asiyanın güclü dövlətlərindən birinə çevrilib. Qazaxıstan xarici siyasətdə də müstəqillik xəttini müşahidə edirik. Biz bunu Prezident Tokayevin açıqlamalarında görürük. Nazarbayevdan sonra hakimiyyətə gələn Kasım-Jomart Tokayev Qazaxıstanın inkişaf etdirilməsi xəttini irəli aparmağa çalışır və buna nail olur. Deyərdim ki, Azərbaycan və Qazaxıstanın maraqları bir-birinə cavab verir. Azərbaycan dövləti isə Qazaxıstan hakimiyyətinin apardığı siyasi kursu izləyir. Çünki eyni dil, mədəniyyət və ortaq dəyərləri daşıyan iki qardaş ölkə əlaqələri inkişafını diqqətdə saxlamaya bilməzlər. Buna görə də hər iki ölkə əlaqələrin inkişafında maraqlıdırlar. Bu yaxınlarda, Prezident İlham Əliyevin səfərindən sonra baş nazir Əli Əsədovun MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşməsi, əlaqələrimizin inkişafını hansı səviyyədə önəmin verildiyini göstərir”.
O qeyd edib ki, tarix, zaman və geosiyasi vəziyyət bizim əlaqələrimizin inkişafını tələb edir:
“Hər iki ölkə qeyri-neft sektorunun inkişaf etdirməsilə bağlı niyyətlərini bildirirlər. Qarşılıqlı ticarət dövriyyəsinin artması və beynəlxalq arenada birgə siyasi mövqeyin nümayiş etdirilməsi, münasibətlərin qurulmasına təsir göstərir. Azərbaycan Xəzər dənizinin tiracət əlaqələrin inkişafında gücləndirilməsində maraqlıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gələn yüklər asanlıqla Avropaya daşına bilir. Bu da Qazaxıstanın maraqlarına cavab verir. Nəzərə alsaq ki, dünya Trans-Xəzər marşrutunu ən uğurlu, məqbul variant sayır. Ona görə də Azərbaycan bu gün Orta Asiya və Türkiyə arasında körpü rolunu oynayır. Qazaxıstan isə Türk Birliyinin qurulmasında fəal iştirak edir. Hesab edirəm ki, bundan sonra işgüzar görüşləri davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm