Azərbaycan XİN və Venesuela Bolivar nazirliyi arasında memorandum imzalanıb
15:31 06.07.2023
Siyasət
370
İyulun 6-da xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində Azərbaycanda səfərdə olan Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto ilə görüşüb.
Bu barədə "Sherg.az"a XİN-dən məlumat verilib.
Qeyd olunub ki, nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclasında iştirakına görə Venesuela tərəfinə təşəkkür edərək Hərəkatın tarixən fəal üzvlərindən biri kimi ölkəmizin bütün təşəbbüslərinə göstərilən tam dəstəyi yüksək qiymətləndirib. Ölkəmizin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərdən söz açan Nazir Ceyhun Bayramov Hərəkatın Parlament və Gənclər Şəbəkəsinin yaradıldığını məmnunluqla xatırladaraq, bu gün Venesuela nazirinin iştirakı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Mənzil Qərargahının açılışının əhəmiyyətini vurğulayıb.
Nazirlər, iki ölkə arasında neft, qaz, turizm, hava nəqliyyatı və digər istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Ölkəmizin coğrafi cəhətdən uzaq olmasına baxmayaraq Venesuela ilə münasibətlərin inkişafına önəm verdiyi, neft və qaz sektorunda şikətlər arasında potensial əməkdaşlığın ümidverici olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Venesuelanın xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri Dri İvan Gil-Pinto isə öz növbəsində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclasına dəvətə görə təşəkkürünü bildirərək COVİD-19 pandemiyası dövründə mövcud çətinliklərə baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrik edib.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Venesuela Bolivar Respublikasının Xarici Əlaqələr üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında Diplomatik İnstitutları və Universitetləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə