Azərbaycanı Avrasiya İqtisadi Birliyinə çəkirlər - Rəsmi Bakı gedəcəkmi? - ŞƏRH
Yusif Nəzərli
10:32 05.01.2022
Siyasət
1084
“Ölkəmiz bu təşkilata yalnız Türkiyədən sonra qoşula bilər”
“Əks halda gələcəkdə Azərbaycana ordakı ölkələrin iqtisadi və siyasi təzyiqlər göstərməsi mümkündür”
“Bu iqtisadi birlik olsa da, Rusiyanın formalaşdırdığı MDB ölkələrini nəzarətdə, vahid blokda saxlamaq və Qərbə qarşı Rusiya ətrafı blok yaratmaq üçün istifadə etdiyi təşkilatlardan biridir”
“Rəsmi Bakıdan hər hansısa bir Qərb dövlətinə qarşı, eləcə də NATO ilə qarşıdurmada iştirak istənilə bilər”
Xəbər verdiyimiz kimi,dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçıları arasında qeyri-rəsmi görüş keçirilib.Ölkəmizin başçısı İlham Əliyev də görüşdə iştirak edib.Sammitdə koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib və sonda MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Xatırlayarsınızsa, görüş öncəsi bu sammitdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının müzakirə olunacağına dair fikirlər səsləndirilirdi. Maraqlıdır,sözügedən təşkilata üzv olmağın rəsmi Bakı üçün hansı mənfi və müsbət tərəfləri ola bilər?
Analitik Turab Rzayev mövzunu “Sherg.az”a şərh edərkən bildirib ki, ölkəmiz Avrasiya İqtisadi Birliyinə indiki halda yalnız Türkiyədən sonra qoşula bilər:
“Əks halda gələcəkdə Azərbaycana ordakı ölkələrin iqtisadi və siyasi təzyiqlər göstərməsi mümkündür. Rəsmi Bakıdan hər hansısa bir Qərb dövlətinə qarşı, eləcə də NATO ilə qarşıdurmada iştirak istənilə bilər. Bu iqtisadi birlik olsa da, Rusiyanın formalaşdırdığı MDB ölkələrini nəzarətdə, vahid blokda saxlamaq və Qərbə qarşı Rusiya ətrafı blok yaratmaq üçün istifadə etdiyi təşkilatlardan biridir”.
T.Rzayevə görə Azərbaycan Avropa İqtisadi Birliyinə daxil olmaq istəsə, o, öz fəaliyyətini Türkiyə ilə koordinasiya etməlidir:
“Bu bloka gələcəkdə Azərbaycanın, eləcə də Özbəkistanın da qatılması Azərbaycan və Qazaxıstan arasında, eyni zamanda,Türkiyə ilə Özbəkistan arasında iqtisadi əlaqələrin inkişafına səbəb ola bilər. Məsəl üçün, Özbəkistan öz məhsullarını daha ucuz şəkildə Azərbaycana və Türkiyəyə ixrac edə, Azərbaycan isə Özbəkistana sərmayə qoya bilər. Könül istərdi ki,Türkiyə, Özbəkistan ,Qazaxıstan və Azərbaycan özü bunu həyata keçirsin. Amma indiki halda Özbəkistan və Qazaxıstan Rusiyanın təsir dairəsindən kənarda bunu edə bilmir. Türkiyə həmin blokda olarsa, bu işi Rusiya ilə birlikdə də görmək mümkündür”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm