
Bakıda Türkiyə-İsrail görüşü: Palmira bazası niyə İsrail üçün “qırmızı xətt”dir?
12:04 14.04.2025
Siyasət
411
“Suriyada Türkiyə ilə İsrail arasında yaşanan gərginliklərdən sonra iki ölkə arasında Azərbaycanda keçirilən (və davam edəcək olan) görüşmələr (ortaya çıxaracağı nəticələrlə birlikdə) regionun gələcəyi və sabitliyi baxımından son dərəcə önəmlidir”.
Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Xarici mətbuata görə, Türkiyənin Suriyada yerləşdiriləcəyi iddia edilən bəzi bazaların (Palmira-Tiyas/T4 və Hama) İsrail tərəfindən vurulmasından və “İsrail mediasına görə”, Türkiyə və İsrail təyyarələrinin Suriya üzərində bir-birlərinə təhlükəli şəkildə yaxınlaşmasından sonra Türkiyə ilə İsrail arasında çərşənbə günü Azərbaycanda keçirilən “toqquşmasızlıq mexanizmi” danışıqları olduqca diqqətçəkəndir:

“Sual yaranır ki, Netanyahunun təcili ABŞ-a getməsi bununla birbaşa əlaqəli ola bilərmi? Həmçinin maraqlıdır Netanyahu Trampdan nə istədi ki, AĞ EV rəhbəri “Ağlabatan olsan, bu işi mən həll edə bilərəm” dedi. Netanyahunun ağlabatan sayılmayan və ABŞ planı ilə üst-üstə düşməyən istəyinin nə olduğu da diqqətçəkən məqamlardandır. Digər tərəfdən Netanyahunun ABŞ səfərində onu müşayiət edən İsrail Ordusunun Baş Qərargah rəsmisi Roman Gofman İsrailə çatar-çatmaz Ben Qurion hava limanında təyyarə dəyişdirib Bakıya getdi”.
A.Ağar vurğuıayıb ki, İsrailin Türkiyə ilə danışıqlar heyətinə İsrailin Milli Təhlükəsizlik Şurasının sədri Tsaxi Hanegbi rəhbərlik edib:
“Heyətdə Hanegbi və Gofmanla yanaşı, İsrail Müdafiə Nazirliyinin direktoru Amir Baram və İsrail Ordusunun Əməliyyat İdarəsinin rəhbəri Yisrael Shomer kimi olduqca kritik fiqurlar da yer alıb. Ümumiyyətlə ABŞ-ın marağı və təsiri, danışıqlardan əvvəl yaşananlar, Netanyahunun təcili ABŞ-a getməsi və bu kritik fiqurların iştirakı prosesin nə qədər həssas, gərgin və önəmli olduğunu göstərir. Lakin hələ də cavabsız suallar var. Məsələn, İsrail niyə Suriyadakı Palmira bazasını “qırmızı xətt” olaraq tanımlayır? Düşünürəm ki, məsələ yalnız İsrailin Suriyadakı hava məkanından istifadə, uçuş və əməliyyat azadlığı iləmi bağlı deyil. Çünki Palmira “qırmızı xətti”nin Davud Dəhlizi ilə, Suriyanın bölünməsi ilə, Fərata çıxışla, YPG/PKK və Dürzilərlə, daha da irəli gedərək Fəratın şərqindəki coğrafiya və xalqlara (Mezopotamiya və o tərəflərə) çıxışla bağlı strateji və teopolitik bir hədəf olması ehtimalı yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya