Baş nazir: “Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”
Yusif Nəzərli
10:14 28.10.2022
Siyasət
352
“Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir”.
"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci il noyabrın 9/10-da imzalanmış bəyanatın müddəalarından biri nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur.
"Bu bəyanata əsasən, Azərbaycan Laçın yolunun işləyəcəyi ilə bağlı öhdəlik götürüb və onun təhlükəsizliyinə zəmanət verir. Biz üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. Bu gün Laçın yolu, Laçın dəhlizi işləyir. Eyni zamanda, bizim Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına səfər etmək imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, həmçinin Ermənistan ərazisində bu istiqamətdə hər hansı işlərin görüldüyünün şahidi olmuruq. Ermənistan Baş nazirinin müavini həm də nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli qrupun həmsədridir. Söhbət 40-44 km-lik kiçik bir ərazidən gedir. Ermənistan 1 il 9 ay ərzində nə dəmir yolu, nə də avtomobil yolu ilə bağlı heç bir real addım atmayıb”, - Ə.Əsədov söyləyib.
Baş nazir Ermənistan tərəfinin Azərbaycanın hərbi cinayətlər törətməsi ilə bağlı kobud və əsassız iddialarına da cavab verib: “Azərbaycan Respublikasının Hərbi Prokurorluğu videonun həqiqiliyini, habelə bu görüntülərin çəkildiyi yerləri, bu videolarda təsvir olunan hərbçilərin şəxsiyyəti, həmçinin obyektiv həqiqətin müəyyən edilməsi üçün vacib olan bütün digər təfərrüatları tam və hərtərəfli şəkildə araşdırır. Araşdırmanın nəticəsinə əsasən, qanun çərçivəsində müvafiq tədbirlər görüləcək.
Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilmiş hərbi cinayətlərlə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən araşdırılır”, - Ə.Əsədov bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm