Baş nazir üzgündür, təzyiqlər artır
Turan
08:56 13.01.2021
Siyasət
550
Əsir məsələsi Ermənistanda Paşinyan hökumətinə qarşı istifadə olunan ən ciddi silahdır
"Ermənistan öz terrorçularını istəyir, biz isə 64 hərbi qulluqçumuzu tələb edirik. Azərbaycan tərəfi müharibə dövründə əsir düşmüş bütün şəxsləri Ermənistana qaytarıb"
“Təəssüf ki, noyabrın 10-da imzalanmış Bəyanatın səkkizinci maddəsi tam olaraq icra edilmir”. Bunu Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan hərbi əsir və girovların qarşılıqlı qaytarılmasını əks etdirən 8-ci bəndin icrasından şikayətlənib. Üçtərəfli görüşdə əsirlərin qaytarılması ilə bağlı razılıq olmadığını ifadə edən baş nazir bunu çox həssas və ağrılı məsələ adlandırıb: “Ümid edirik, Dağlıq Qarabağda tutulmuş hərbi əsirlərin dəyişdirilməsi üzrə iş davam etdiriləcək, bu məsələ hələ həll olunmayıb”.
Məlumdur ki, Ermənistan diplomatiyasının və rəsmi Yerevanın başlıca məqsədi işğaldan azad edilmiş ərazilərimizdə üçtərəfli Bəyanatın imzalanmasından sonra terror aktları gerçəkləşdirmək istəyən silahlı ermənilərin “hərbi əsir” sayılmasına və geri qaytarılmasına nail olmaqdır. Halbuki, Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək. Çünki onlar terrorçudur və törətdikləri əməllərə görə cavab verəcəklər. 44 günlük müharibə dövründə əsir və girov düşmüş şəxslərin mübadiləsinin terrorçu ermənilərə heç bir aidiyyəti yoxdur və ola da bilməz.
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov “Şərq”ə deyib ki, 10 noyabr Bəyanatından sonra müharibə dövründə əsir və girov düşmüş hərbçilər, o cümlədən meyitlər dəyişdirilib. Hüquqşünasın sözlərinə görə, hazırda Azərbaycanın 64 hərbi qulluqçusu itkin kimi qeydiyyatdadır və onlardan xəbər yoxdur:
“Bütün ərazilərdə axtarış aparılsa da, heç bir cəsəd tapılmayıb. Deməli, erməni tərəfi hərbçilərimizi canlı, yaxud ölü şəkildə bizdən və Beynəlxalq Qırmızı Xaç Komissiyasından gizlədir. Ermənistan öz terrorçularını istəyir, biz isə 64 hərbi qulluqçumuzu tələb edirik. Azərbaycan tərəfi müharibə dövründə əsir düşmüş bütün şəxsləri Ermənistana qaytarıb. Amma ermənilər azərbaycanlı əsirləri BQXK-dan gizlədirdilər. Bəlkə neçə əsir hərbçimizi də sonradan şəhid ediblər. Şəhidlərimizin sayı 2783 nəfər açıqlanmışdı, indi bu rəqəm 2842-yə çatıb. Atəşkəsdən sonra torpaqlarımızda təxribat törədən, mövqelərimizə hücum edərək əsgərlərimizi şəhid edən erməni terrorçuların geri verilməsindən söhbət gedə bilməz. Onlar terrorçu kimi Azərbaycan məhkəmələrində mühakimə olunacaq”.
Ə.Şahidovun fikrincə, ermənilərin təxribatlarını davam etdirməsi göstərir ki, düşmən tərəf hələ də öz çirkin ambisiyalarından vaz keçməyib:
“Yerevan hökuməti bizimlə “siçan-pişik” oyunu oynayır. Ermənistan tərəfi istənilən vaxt üç-beş separatçı qulduru təxribata çəkəcək, sonra 10 noyabra görə, geri qaytarılmalarını tələb edəcək. Bu, absurd yanaşmadır. Paşinyan belə açıqlamaları ilə erməni auditoriyasını sakitləşdirməyə cəhd göstərir. Əsir məsələsi Ermənistanda Paşinyan hökumətinə qarşı istifadə olunan ən ciddi silahdır. Baş nazir buna görə güclü təzyiqlərlə üzləşir. Hər halda Paşinyanın qeyri-ciddi təkliflərinə rəsmi Bakının reaksiyası çox sərt olmalıdır. Ona başa salınmalıdır ki, əvvəlcə 10 noyabr Bəyanatının maddələrinə əməl etsin və bütün təxribatlara son qoysunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya