Baş nazirin etirafları...
Yusif Nəzərli
11:09 07.10.2021
Siyasət
432
Paşinyan danışıqlara ikiəlli razıdır
"Əgər baş nazirə qarşı təxribat baş verməzsə, onun Azərbaycanla sülh danışıqları masasına oturması reallaşa bilər"
Ermənistan Baş naziri Nikol Paşinyan Litvaya səfər edib və bu səfər çərçivəsində Litvada yaşayan erməni icmasının üzvləri ilə görüş keçirib. Görüş zamanı Paşinyan Qarabağ mövzusuna da toxunub və bəzi maraqlı, həm də etirafedici açıqlamalar verib. Paşinyan bildirib ki, bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Onun sözlərinə görə, müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması idi: “Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.
Paşinyanın açıqlamasını şərh edən siyasi şərhçi Samir Hümbətov bildirib ki, baş nazirin sözləri göstərir ki, o, hakimiyyətə gələndə danışıqların dalana dirəndiyini anlayıbmış. Ekspertin sözlərinə görə, həmin dövrdə kənar qüvvələrə güvənən erməni cəmiyyətinə Paşinyanın nəyisə izah etməsi çətin məsələ idi:
“Ona görə də Paşinyan müharibəni başlatmaqla erməni cəmiyyətinə üç mesaj vermiş oldu. Birincisi, göstərdi ki, Azərbaycanın torpaqlarını mütləq sülh yolu ilə qaytarmalıyıq, yoxsa bizə rahatlıq yoxdur. İkincisi, məndən əvvəlki iqtidar sizi xam xəyallarla aldadıb və müharibəyə aparan prosesləri sürətləndirib. Üçüncüsü, müharibədən əvvəl hər kəs ermənilərə dəstək olacağını söz versə də, müharibə zamanı seyrçi mövqe tutmağa üstünlük verir. Ermənistan baş naziri Şuşa məsələsinə də toxunub və bildirib ki, əleyhdarlar Şuşa haqqında danışırlar: “30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.
Paşinyanın Şuşa məsələsinə toxunmaqla bu cür açıqlama verməsi göstərir ki, Azərbaycan tərəfi danışıqlar zamanı Şuşanı əsas müzakirə mövzusu kimi gündəmdə saxlayıb. Ona görə hətta Paşinyandan əvvəlki qüvvələr də Şuşa ilə bağlı qəti mövqedə ola bilməyiblər.
Şuşanın əllərində qalması ilə bağlı ümidli olmadıqlarını anladıqları üçün orada tikinti işləri aparmayıblar”. Fikrimcə, Paşinyanın açıqlamaları ümumilikdə vəziyyətin nədən ibarət olduğunu deməyə imkan yaradır.
Əgər Paşinyana qarşı təxribat baş verməzsə, onun Azərbaycanla sülh danışıqları masasına oturması reallaşa bilər. Yaranmış mövcud durum həm erməni cəmiyyətini, həm Paşinyanı, həm də onlara dəstək olan qüvvələri buna vadar edir.
Hesab edirəm ki, Azərbaycan hər zaman danışıqlara hazırdır və ölkə başçısı cənab İlham Əliyev bununla bağlı dəfələrlə Ermənistana və ona dəstək verənlərə çağırışlar edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya