Baş prokurordan müxalifətə ismarıc: “Paşinyanı devirə bilərik, amma...”
Fidan Həmişəyeva
15:51 19.01.2021
Siyasət
688
Ermənistanın Baş naziri Nikol Paşinyanın həbsi gündəmdədir. Bu barədə işğalçı ölkənin baş prokuroru Artur Davtyan yaxın ətrafı ilə söhbətində bildirib. Onun sözlərinə görə, N.Paşinyana qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanması üçün yetərincə əsas var. Qeyd edək ki, Qarabağ savaşındakı məğlubiyyət Ermənistan daxilində dərin siyasi böhrana səbəb olub. İrəvanda Paşinyan əleyhinə etiraz aksiyaları keçirilir. Eyni zamanda ölkədə sosial-iqtisadi durum da gərgindir.
Belə olan halda separatçı ölkədəki proseslər hansı yöndə inkişaf edə və nələr yaşana bilər?
Sualımızı cavablandıran politoloq Əhməd Əlili “Sherg.az”a bildirib ki, Ermənistan baş prokurorunun Paşinyanla bağlı verdiyi bəyanatı belə qiymətləndirmək lazımdır: xalq küçələrə çıxıb Paşinyanı devirməyəcəksə, onu hakimiyyətdən uzaqlaşdırmağın hüquqi prosedurları var:
“Düşünürəm ki, Paşinyan prokurorluğun verdiyi bəyanatları ciddi qəbul edir. Paşinyan başa düşür ki, onu etirazlarla devirmək mümkün olmasa belə, hüquqi prosedurlarla devirəcəklər.
Hazırda çox qəribə də səslənsə, Paşinyanın getməsi nəinki onun özünə, nə Ermənistan müxalifətinə, nə Rusiyaya, nə də Azərbaycana lazımdır. Paşinyan hakimiyyətdən gedəcək, onun devrilməməsi mümkün deyil.
Ermənistan xalqı Qarabağ kimi ərazinin itirilməsini bağışlaya bilməz. Lakin indiki dövrdə İrəvanda paradoksal bir vəziyyət yaranıb. Paşinyanın hakimiyyətdə qalması çoxlarına sərf edir”.
Ə.Əlilinin sözlərinə görə, Ermənistan müxalifəti düşünür ki, üçtərəfli bəyanatdakı bəndlərin icrasına kimi Paşinyanı hakimiyyətdən devirlərsə, məcbur olub bu bəndləri özləri icra etməli olacaq:
“Bu baxımdan Ermənistan müxalifət gözləyir ki, Paşinyan özü bəndləri icra etsin və sonra onu devirsinlər.
Çünki onu bir az tez uzaqlaşdırsalar, yerdə qalan işləri özləri görməli olacaqlar. Beləliklə, Paşinyandan hər hansı bir fərqləri olmayacaq və özlərini ictimaiyyətin gözündən salacaqlar.
Baş prokuror isə Paşinyanla bağlı verdiyi bəyanatla müxalifətə göstərmək istəyir ki, “Baş naziri hüquqi formada devirə bilərik. Təki siz istəyin” ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya