Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"

ABŞ Prezidenti Donald Tramp husiləri Səudiyyə Ərəbistanına hücumlar etməkdə və neft qiymətlərini artırmağa çalışmaqda ittiham edib.

Oxu.Az xəbər verir ki, Tramp husilərin yenidən fəallaşmasına və Səudiyyə Ərəbistanına zərbələr endirməsinə "Truth Social" sosial şəbəkəsindəki paylaşımında münasibət bildirib.

"Husilər çox pis davranırlar. Düşünürdüm ki, bir il əvvəl onları amansızcasına bombaladığımız və onların xahişi ilə hücumları dayandırdığımız vaxtdan dərs alıblar. Uzun müddət səssiz qalmışdılar, lakin indi yenidən ortaya çıxıblar. Çox güman ki, bunu uğursuz dövlət olan İranın göstərişi ilə edirlər. İranın nə donanması, nə də hava qüvvələri var, dünyanın ən pis iqtisadiyyatına və 301 faizlik inflyasiyaya malikdir. Husilər çox çirkin şəkildə Səudiyyə Ərəbistanına zərbələr endirir və qəsdən neft qiymətlərini artırmağa çalışırlar. Yəqin ki, bunu ABŞ-də keçiriləcək seçkidən əvvəl edirlər. Bu, yaxşı deyil!

Kimsə onlara izah etməlidir ki, mən seçkidə iştirak etmirəm, çünki artıq böyük fərqlə, sarsıdıcı qələbə qazanmışam. Amma seçkidən sonra orada olacağam və bunu heç vaxt unutmayacağam!" - deyə Tramp bildirib.