Bələdiyyə sədri CHP-dən istefa verdi

Tekirdağ Böyükşəhər Bələdiyyəsinin sədri Candan Yüceer 18 illik üzvlüyündən sonra Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa edib.

Serg.az xəbər verir ki, Yüceer qərarını “seçilmiş iradənin və partiya təşkilatının iradəsinin yox sayılması” ilə əsaslandırıb. O, CHP-də keçirdiyi illəri və partiyanın dəyərlərini qəlbində daşıdığını bildirərək, “yeni bir yola çıxıram” mesajını verib.

Türkiyə mediasının məlumatına görə, Yüceerin YENİ Partiyaya keçəcəyi gözlənilir.