Beynəlxalq səyyah: "Şuşa bizim üçün də önəmli şəhərdir"
Yusif Nəzərli
10:31 29.10.2022
Siyasət
512
"Şuşa şəhəri Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün də bir o qədər vacib şəhərdir".
Bunu "Report"a açıqlamasında Şuşada səfərdə olan "Türkiyə Gəzginlər Klubu" dərnəyinin üzvü, beynəlxalq səyahətçi Nurşen Yıldırım deyib.
Türkiyəli səyyah həmişə adını eşitdiyi, amma heç vaxt ərazisində olmadığı Şuşa şəhərini ziyarət etməkdən məmnun olduğunu bildirib: "44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq sayəsində bu gün rahatlıqla işğaldan azad edilən torpaqlara səyahət edə bilirik. Artıq buralara həyat qayıtmağa başlayıb və bunun üçün azərbaycanlı qardaşlarımız kimi biz də xoşbəxtik. Ümid edirik ki, azad olunan bütün ərazilərdə bərpa-quruculuq işləri tez bir zamanda bitəcək və yurd həsrətində olan insanlar öz evlərinə birdəfəlik qayıdacaqlar".
Beynəlxalq səyyah həmçinin vurğulayıb ki, müharibə bitsə də, azərbaycanlılara qarşı törədilən cinayətlər davam edir: "Hazırda azərbaycanlılar həm də mina problemi ilə üz-üzədir. Bəlkə də onillər sonra belə bu minalar insanlara zərər verəcək. Düşünürəm ki, beynəlxalq təşkilatlar və əlaqədar qurumlar Ermənistanın mina terrouna səssiz qalmamalı və insanlıq adına qəti şəkildə öz mövqelərini bildirməlidirlər”.
Qeyd edək ki, bu gün “Türkiyə Gəzginlər Klubu” dərnəyi - beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər edib. Səfər beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində baş tutub. Heyətə "Türkiyə Gəzginlər Klubu"nun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.
Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsibdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə