
"Binokl" missiyası: Aİ Rusiyaya güzəştə getmək fikrində deyil
Yusif Nəzərli
23:09 10.12.2024
Siyasət
710
Əsas məqsəd hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır
Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı
Avropa Birliyinin 13-14 nəfərdən ibarət monitorinq missiyasının əməliyyat mərkəzi daimi olaraq Cermukda yerləşir. Onlar sürücülər və köməkçilərlə birlikdə Cermukda qonaqlar üçün bağlı olan üçulduzlu “Ani” hotelində qalıblar. "Hraparak" nəşri məlumat yayıb ki, müşahidəçilər demək olar ki, hər gün rayonu gəzir, sərhədə gedir, bir neçə kilometr məsafədən vəziyyəti müşahidə edirlər: “Avropalı müşahidəçilər yerli administrasiya ilə demək olar ki, əlaqə saxlamırlar: heç bir məlumat tələb etmirlər, onlara heç nə vermirlər və onların nə etdiklərini heç kim bilmir". Bununla belə qəzetin yazdığına görə, avropalı müşahidəçilərin gəlişi Cermuk sakinlərini çox sevindirib: "Onlar özlərini qorunmuş hiss edirlər. Cermuk sakinləri 2022-ci ildən sonra Azərbaycan tərəfdən hücumun olmamasını müşahidəçilərin olması ilə əlaqələndirir və onların qalmasını istəyirlər. Müşahidəçilər tez-tez küçəyə çıxır, Cermuk sakinləri ilə ünsiyyət qurur və insanların onlarla necə davranması ilə maraqlanırlar".
Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Felmar Ələkbərli "Sherg.az"a deyib ki, Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bildirib. Onun sözlərinə görə, Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratoru Fransa nümayəndəsidir:

"Digər əməkdaşların isə istefada olan hərbçilər və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılardır. Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı. Aİ missiyasının əsas məqsədi hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır. Tərkibin yenidən genişləndirilməsi birbaşa Rusiya və İrana qarşı yönəlmiş addımdır. Bu missiya Aİ-nin deyil, NATO-nun missiyasına çevrilir. Prosesdə Kanadanın və ABŞ-nin iştirakı da qeyd edilənləri təsdiqləyir. Belə vəziyyətdə missiya Azərbaycan və Ermənistanın kövrək sülh danışıqları prosesinə mane olur. Görünən odur ki, rəsmi Qərb Ermənistanda möhkəmlənmək üçün bu missiyadan istifadə edir. Avropa İttifaqınnın mülki missiyası bölgəyə gəldiyi gündən indiyə qədər əsas hədəfi Rusiyaya qarşı yönəlib".
Ekspertə görə, Rusiya bu gün də maraqlıdır ki, həm Azərbaycanla sərhəddə, həm də Zəngəzur dəhlizi boyunca məhz rus sərhədçiləri dayansın:
"Bu isə Qərbin və Ermənistanın maraqlarına tam ziddir. Ona görə də bu istiqamətdə əməli addımlar atmağa məcburdurlar. Rusiya KTMT qüvvələrinin bölgəyə, xüsusilə də sərhəddə yerləşdirilməsində olduqca maraqlıdır. Bu hal da Qərbin marağına uyğun deyil. Görünür, Aİ bu məsələdə Rusiyaya güzəştə getmək fikrində deyil. Ermənistan və Qərb sərhəd məsələsində Rusiyanın iştirakını tamamilə minimal səviyyəyə salmaq istəyirlər. Baş verən proseslərin Ermənistan və Rusiya arasında sərhədə nəzarətin kim tərəfindən icra ediləcəyi sualını ortaya çıxarmış olur. Bu məsələ Azərbaycanın da marağındadır ki, Ermənistanla sərhəddə məhz erməni sərhədçiləri dayansın, nəinki Aİ mülki missiyası və ya Rusiya sərhədçiləri".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm