
Blinkenin Cənubi Qafqaz planı: ABŞ tutduğu mövqedən əl çəkir?
12:23 28.11.2023
Siyasət
607
ABŞ Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.
Bu barədə Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı deyib.
Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.
Dövlət katibi Blinken bunu qəbul edib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Turab Rzayev söyləyib ki, ABŞ Azərbaycan ilə münasibətlərini normallaşdırmaq niyyətindədir:

"Bunun üçün isə Amerikanın bir neçə səbəbi var. Birincisi ondan ibarətdir ki, ABŞ həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada güclənmək istəyir. Eyni zamanda Rusiyaya qarşı öz təsir dairəsini artırmağa çalışır. Ancaq Cənubi Qafqazın əhali sayına, ərazisinə və iqtisadi gücünə görə ən böyük ölkəsi Azərbaycandır. Ona görə də Azərbaycan olmadan ABŞ-nin Qafqazda güclənməsi çətindir. Belə olan halda isə ABŞ Azərbaycan ilə münasibətləri bərpa etməyə niyyətlidir. Eyni zamanda yüksək rütbəli ABŞ nümayəndələri çox zaman ciddi təkliflər irəli sürürlər. Bu baxımdan ABŞ istəyir ki, Amerika rəsmiləri Azərbaycanın yüksək rütbəli şəxsləri ilə xüsusi məsələləri müzakirə etsinlər. Azərbaycan isə buna qarşı öz şərtini irəli sürüb. Çünki indiyə qədər ABŞ Azərbaycanın yüksək rütbəli rəsmilərinin ölkəyə səfərinə icazə vermirdi. Bu isə istər-istəməz Azərbaycanda narazılıq doğururdu. Entoni Blinkenin Cənubi Qafqazla bağlı planları, o qədər ciddidir ki, bu səfər üçün həmin şərti qəbul ediblər və indiyə kimi tutduqları mövqedən əl çəkiblər. Eyni zamanda ABŞ-nin Cənubi Qafqazda sülh istəməsi bəlli olur. Amerika düşünür ki, sülh baş tutsa, o, Ermənistanda möhkəmlənə və Rusiyanı oradan çıxara bilər. Əks halda ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi və Ermənistanı öz tərəfinə çəkməsi mümkün olmayacaq. Eyni zamanda ABŞ əmin olmalıdır ki, Ermənistana problem yaranmayacaq. Çünki Rusiya Nikol Paşinyan hakimiyyətini devirmək üçün ona qarşı ciddi düşmənçilik addımları ata bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa təşəkkür edib
19:03 16.07.2026
Rəsmi
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
18:47 16.07.2026
Hərbi
Sabah çimərliklərdə hava necə olacaq?
18:08 16.07.2026
Ekologiya
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
18:00 16.07.2026
Sosial
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
17:50 16.07.2026
Dünya
Azərbaycanın müstəqil siyasəti Moskvanı tam qane etmir - ŞƏRH
17:41 16.07.2026
Gündəm
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol