BMT-də Azərbaycanın dayanıqlı şəhərlər üzrə təşəbbüsləri təqdim edilib
Yusif Nəzərli
06:49 24.07.2025
Siyasət
291
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqun bağlanış sessiyasında çıxış edib.
Bu barədə APA-ya Komitənin Mətbuat xidmətindən məlumat verilib.
Ətraflı
Bildirilib ki, komitə sədri çıxışı zamanı Azərbaycanın əlverişli mənzil və urbanizasiya sahəsində həyata keçirdiyi strategiyadan, davamlı və inklüziv şəhər inkişafı istiqamətində atılan addımlardan və bu sahədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfədən bəhs edib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən irimiqyaslı şəhərsalma və mənzil layihələri həm keyfiyyətli yaşayış imkanlarının genişləndirilməsinə, həm də sosial bərabərliyin təşviqinə xidmət edir. Mənzil təminatı məsələsi uzun illərdir ki, Azərbaycanın milli inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi müəyyən olunub. Bu istiqamətdə ölkədə vətəndaşların keyfiyyətli və əlverişli mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş genişmiqyaslı tikinti və yenidənqurma proqramları həyata keçirilir. Reallaşdırılan tədbirlər çərçivəsində tikinti sektorunda enerji səmərəliliyi və ekoloji standartların tətbiqi, sosial inteqrasiyanı təşviq edən kompleks planlaşdırılmış və inklüziv yaşayış məhəllələrinin formalaşdırılması əsas hədəf olaraq müəyyən edilib. Bu yanaşma əlverişli şəhər mühitinin yaradılmasına, infrastrukturdan bərabər istifadə imkanlarının təmin edilməsinə və ümumilikdə sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Anar Quliyev çıxışında mənzil məsələsinin təkcə sığınacaq deyil, insan ləyaqətinin, təhlükəsizliyin və icma birliyinin əsası olduğunu vurğulayıb. O qeyd edib ki, 2016-cı ildə yaradılmış Dövlət Mənzil İnşaatı Agentliyi vasitəsilə orta və aşağı gəlirli ailələr üçün müasir, enerji səmərəli və subsidiya əsasında mənzil layihələri reallaşdırılır.
Komitə sədri həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və şəhərsalma işləri barədə ətraflı məlumat verərək, burada həyata keçirilən layihələrin “yaşıl”, “ağıllı” və sağlam həyat tərzini təşviq edən yanaşma əsasında qurulduğunu qeyd edib. Bu ərazilərdə həyata keçirilən mənzil və infrastruktur layihələri yalnız qayıdış prosesini sürətləndirmir, eyni zamanda regional sabitliyə və sosial-iqtisadi dirçəlişə mühüm töhfə verir.
Anar Quliyev bildirib ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” şüarı altında 2026-cı ildə Bakıda keçiriləcək WUF13 şəhərsalma və mənzil siyasəti ilə bağlı məsələlərin dərindən müzakirəsi üçün əsas qlobal platformalardan birinə çevriləcək. Forum çərçivəsində adekvat, əlverişli və iqlimə davamlı mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş qabaqcıl strategiyanın, innovativ maliyyələşdirmə mexanizmlərinin, inklüziv planlaşdırma yanaşmalarının və davamlı tikinti təcrübələrinin mübadiləsi üçün geniş imkanlar yaradılacaq.
Komitə sədri tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək tədbirdə fəal iştirak etməyə dəvət edib. O, Forumun konkret təkliflərin və praktiki həllərin irəli sürüləcəyi strateji dialoqa çevrilməsi üçün Azərbaycan tərəfinin fəal əməkdaşlığa və tədbirin yüksək səviyyədə təşkilinə tam hazır olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə