BMT-nin qiymətləndirmə missiyası Qarabağa gəlir – İkili standartlar, yoxsa...?
Fidan Həmişəyeva
16:50 24.12.2020
Siyasət
693
“Niyə 30 il ərzində Azərbaycanın işğal altında olan torpaqlarına gəlib, mövcud durumla maraqlanmırdılar?!
“İndi isə 5-10 min erməni yadlarına düşüb. Bu, ikili standartlardan xəbər verir”
“Azərbaycan ortaya mövqe qoymalıdır ki, həmin nümayəndələr gəlib qaçqın düşərgələri və şəhərciklərdə vətəndaşlarımızla görüşsünlər”
BMT rəhbərliyi kompleks qiymətləndirmə missiyasını Qarabağ münaqişəsi zonasına göndərmək haqqında qərar verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, missiyanın tərkibində yerlərdə vəziyyətlə tanış olmaq və köməyə ehtiyacı olanların tələbatlarını qiymətləndirmək üçün profil humanitar agentliklərin nümayəndələri olacaq:
“Hazırda məlum qiymətləndirmə missiyasının parametrlərinin hazırlanması və razılaşdırılması davam edir. Biz öz tərəfimizdən hesab edirik ki, bütün zərərçəkənlərə profil beynəlxalq təşkilatların xətti ilə humanitar yardımların göstərilməsi faydalıdır”.
M. Zaxarova Rusiya tərəfinin Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatdan dərhal sonra bu işə başladığını xatırladıb:
“Biz regiona UNESCO-nun müstəqil texniki missiyasının göndərilməsinə hazırıq. Ondan çıxış edirik ki, UNESCO-nun tərəfdaş beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət humanitar missiyası kollektiv səylərlə Dağlıq Qarabağ regionunun mədəni obyektlərinin vəziyyətinə obyektv qiymət verə bilər”.
Baş verənləri “Sherg.az”a dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, nə üçün BMT-nin rəsmi nümayəndələri 30 il ərzində Azərbaycanın işğal altında olan torpaqlarına gəlib, mövcud durumla maraqlanmırdılar? Çoxlu sayda qaçqın və məcburi köçkünlərimiz var idi. Amma BMT nümayəndələri vətəndaşlarımızın hər hansı bir ehtiyacının olub-olmamasına əhəmiyyət verməyiblər:
“İndi isə yadlarına 5-10 min erməni düşüb. Bu, ikili standartlardan xəbər verir. Təbii ki, belə olan halda Azərbaycan tərəfi də ortaya mövqe qoymalıdır ki, həmin nümayəndələr gəlib qaçqın düşərgələri və şəhərciklərdə vətəndaşlarımızla görüşsünlər.
Yoxsa bu, BMT tərəfindən birtərəfli və qərəzli mövqe kimi qiymətləndirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət