
Borrellin reaksiyası əsassız və məntiqsizdir - EKSPERT
09:03 09.07.2024
Siyasət
458
Macarıstan TDT-də müşahidəçi statusuna malikdir və Orban Şuşada keçirilən sammitdə buna görə iştirak edib
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Macarıstanın Baş naziri Viktor Orbanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə qatılmasından bərk hiddətlənib. Borrell Macarıstan baş nazirinin Avropa Birliyini təmsil etmədiyini söyləyib. O, Avropa Birliyinin TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini pislədiyini vurğulayıb. Xatırladaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək AB Şurasına sədrlik edir. Brüssel tərəfindən bu cür inkarın məntiqi tam aydın deyil, çünki TDT özü heç vaxt Avropa Birliyini tərəfdaş hesab etməyib. Orban da TDT sammitində Macarıstan baş naziri kimi iştirak edib.

Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Avropa Birliyi Macarıstan Baş naziri Viktor Orbanın Moskvaya səfəri zamanı da bənzər reaksiyanı vermişdi. Ekspertin sözlərinə görə, bu mənada Cozep Borrellin reaksiyası təəccüblü deyil. Lakin bununla belə reaksiya əsassız və məntiqsizdir:
"Məsələ ondadır ki, Macarıstan TDT-da müşahidəçi statusuna malikdir və Orban Şuşada keçirilən sammitdə buna görə iştirak edib. Yəni o, sammitdə AB-ni təmsil etməyib. Ümumiyyətlə, AB-nin üzv ölkələrə başqa təşkilatda təmsil olunmağı qadağan edən hüququ yoxdur. Aydın məsələdir ki, Cozep Borrellin reaksiyası nə Orbanın TDT-ın sammitində iştirak etməsi ilə, nə də bu iştirakın AB maraqları çərçivəsində olmaması ilə bağlıdır. Müqayisə üçün deyim ki, Orban bir çox Avropa liderindən fərqli olaraq nə boş söz deyir, nə də yerində sayır. O, konkret addımlar ataraq real işlər görməyə çalışır. Orban Rusiya-Ukrayna müharibəsinin həm AB, həm də dünya miqyasında riskli bir hala gəldiyinin fərqindədir. Prosesin ən qısa zamanda həlli üçün real addımın atılmalı olduğunu da dəfələrlə deyib. Bir neçə gün öncə isə o, Moskvaya səfər etdi və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardı. Orban daha sonra TDT-nin sammitində iştirak üçün Şuşaya gəldi. Sammitdən sonra isə Macarıstanın Baş naziri Pekinə səfər etdi. Orbanın Avropa liderləri arasında xüsusi aktivlik göstərməsi, görünür, bəzi dairələri narahat edib".
Analitikin fikrincə, ümumiyyətlə, hazırda Avropa İttifaqının ABŞ təsirindən çıxıb müstəqil bir blok kimi xarici siyasət yeritməsini dəstəkləyən qüvvələr var: "Orban da bu qüvvələrdəndir. Lakin Vaşinqton AB üzvlərinin “qızıl qəfəsdən” azad olmasını istəmir. Cozep Borrellin etirazı, əslində, ABŞ-nin etirazıdır. Tarixi aspektdən baxdıqda Macarıstan XVI əsrə, Osmanlı sultanı Qanuni Süleyman tərəfindən fəth edilənə qədər Avropada əsas aparıcı siyasi güc idi. Görünən odur ki, aradan keçən 500 il sonrası rəsmi Budapeşt Viktor Orbanın timsalında Avropa siyasətində yön verməyə və aparıcı güc olmağa qərarlıdır. Orbanın bu çətin missiyanın öhdəsindən gəlib-gəlməyəcəyini təbii ki, zaman göstərəcək. Amma bütün hallarda o, Avropada real işlər görən nadir liderlərdəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol