Britaniya və İtaliyada hökumət dəyişdi
05:20 27.10.2022
Siyasət
322
Yeni baş nazirlərin ölkələrinin Azərbaycanla bağlı mövqeyində ciddi dəyişiklik baş verməyəcək
Hind əsilli Rişi Sunak Böyük Britaniya, Corciya Meloni isə İtaliyanın baş naziri seçilib. C.Meloni İtaliyanın ilk qadın, R.Sunak isə Böyük Britaniyanın ilk hind əsilli baş naziri olaraq tarixə düşdü. Hər iki ölkədəki yeni baş nazir təyinatları Azərbaycanda da böyük maraqla qarşılanıb. Çünki rəsmi London və Roma Bakının Qərbdəki ən vacib tərəfdaşlarıdır. Hər iki ölkə ilə iqtisadi, siyasi və diplomatik sahədə yüksək əlaqələr mövcuddur. 44 günlük Vətən müharibəsində həm Böyük Britaniya, həm də İtaliya Azərbaycanın haqq işinə diplomatik dəstək nümayiş etdirən nadir Avropa ölkələrindən idi. Digər tərəfdən, başda İtaliya olmaqla, hər iki ölkə ilə enerji sahəsində yüksək əlaqələr var. Yeni baş nazirlərin seçilməsi fonunda bizi düşündürən əsas suallar bunlardır. Sunak və Meloni Bakı üçün nə vəd edir, onların rəhbərliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana münasibəti hansı istiqamətdə formalaşacaq?
Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, istər Böyük Britaniya, istərsə də İtaliya Avropanın köklü siyasi sisteminə malik ölkələridir. Analitik deyib ki, hər iki ölkə fərqli xarici siyasətlərə malik olsalar da, yeni baş nazirlərin ölkələrinin Azərbaycanla bağlı mövqeyində ciddi dəyişiklik edəcəyi inandırıcı deyil:
"Sunakla bağlı ən narahatedici məqam yəqin ki, onun hind mənşəli olmasıdır. Ancaq bu, yersiz narahatlıqdır. Belə ki, Sunak qlobalist bir şəxsdir. Onun dünyaca tanınmış bank-maliyyə elitası ilə əlaqələri genişdir. Sunakın bütün əlamətləri, həmçinin fəaliyyəti onun hərtərəfli ingilisləşmiş olduğunu göstərir. Sunak hind milliyyətçisi olsa idi belə Britaniya siyasi sistemindən kənara çıxa bilməzdi. Corciya Meloniyə gəldikdə isə onun oktyabrın 25-də parlamentin aşağı palatası olan Deputatlar Palatasının Baş Assambleyasında çıxışı Azərbaycanla münasibətlərində necə formalaşdıracağına aydınlıq gətirir. Enerji problemindən danışan Meloni bildirib ki, İtaliya Putinin şantajına boyun əyməyəcək: “Putinin enerji şantajına boyun əymək problemi dərinləşdirmək deməkdir. Azadlığın öz qiyməti var".
Ekspert vurğulayıb ki, İtaliya Rusiyanın qaz asılılığından xilas olmaq yolunda sürətlə irəliləyən ölkələrdən biridir: "Son 7 gündə ümumiyyətlə İtaliya “Qazprom”dan qaz almayıb. Bu, 1974-cü ildən bəri ilk belə haldır. Görünür, Meloni də keçmiş baş nazir Draginin bu siyasətinə sadiq qalacaq. İtaliyanın Rusiyadan qaz nəqlini dayandırması bu ölkənin qaza olan tələbatını digər ölkələrdən, həmçinin Azərbaycandan qaz nəql edərək kompensasiya edə biləcəyini göstərir. Bu isə ondan xəbər verir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Corciya Meloninin dövründə də davam edəcək. Nəticə etibarilə i̇stər Rişi Sunakın, istərsə də Corciya Melonin baş nazirliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana qarşı mövqeyində elə də ciddi bir dəyişiklik olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya