Bu icra başçısı deputat olmağa hazırlaşır
08:49 11.07.2024
Siyasət
486
Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov yaxın müddətdə vəzifəsindən azad ediləcək.
"Sherg.az" xəbər verir ki, bu barədə Axar.az-a özəl mənbədən məlumat verilib.
Bildirilib ki, 9 ildir - 2015-ci ildən bu rayona rəhbərlik edən Asif Əsgərov Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə Nəsimi rayonundan namizəd olmağa hazırlaşır.
Nəsimi rayonuna isə 6-cı çağırış Milli Məclisin deputatı olan məşhur isimlərdən birinin başçı təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun icra başçısı Asif Əsgərov vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə gəlib.
2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmişdi. O, Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda “məlumatsız olduğunu” bildirmişdi.
Bundan öncə isə Asif Əsgərov oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Belə ki, 2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi "Mersedes" markalı avtomobil Ə.Qəhrəmanovun idarə etdiyi "Hovo" markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində "Mersedes" markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişmişdi. S.Mirzəyev “MakDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.
İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli “səhhəti ilə bağlı” azadlığa çıxmışdı.
İ.Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol