Çavuşoğlu: "Cümhuriyyətin ilk əsrinin uğurlu olmasında AK Partinin mühüm rolu var"
Yusif Nəzərli
11:05 10.04.2023
Siyasət
642
"Cümhuriyyətin ilk əsrinin uğurlu olmasında Prezident Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi AK Parti iqtidarının və Cümhur İttifaqının böyük rolu var".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Hər şeyin göz önündə olduğunu söyləyən nazir Türkiyənin hazırkı inkişafından da söz açıb. Dünyada çox sayda çətinliklərin mövcudluğunu xatırladan diplomat bunun 60 faizinin Türkiyənin coğrafiyasında olduğunu bildirib:
"Ona görə də biz öz mənfəətimiz, təhlükəsizliyimiz və rifahımız üçün güclü olmağa məcburuq. İndi güc mübarizəsinin davam etdiyi bir vaxtda Türkiyə və bütövlükdə türk xalqı daha güclü olmalıdır".
Nazir mayın 14-də ölkədə Prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladıb. O, bunun Türkiyə üçün tarixi seçki olduğunu söyləyib: "Ölkəmizin Türkiyə Cümhuriyyətinin ikinci əsrinə daxil olduğu bir vaxtda baş tutacaq seçkilərin nəticəsi bir əsr özünü göstərəcək. Qarşıdakı əsrdə gənclərin, gələcək nəsillərin potensiallarını da ortaya qoymağa məcburuq. Bunun üçün çalışırıq".
M.Çavuşoğlu bildirib ki, belə bir vaxtda Prezident Rəcəb Tayyib Ərdoğan və Cumhur İttifaqı yenidən iş başına keçməlidir: "Dünyanın böhran yaşadığı bir vaxtda Rəcəb Tayyib Ərdoğanın yenidən qələbə qazanması üçün çoxlu dualar edilir, ayrı-ayrı ölkələrin liderləri, xarici işlər nazirləri tez-tez bizə zəng edirlər”.
Türkiyə XİN başçısı rəsmi Ankaranın həmişə soyuqqanlı və balanslı xarici siyasətin tərəfdarı olduğunu vurğulayıb. O, ölkəsinin Rusiya-Ukrayna məsələsində də balanslı xarici siyasət göstərdiyini bildirib:
"Biz öz millətimizin mənfəətini düşünməyə məcburuq. Qərbin istəklərinə görə, təhlükəsizliyimizə təhdid olunmasına imkan verə bilmərik. Rifahımızın pozulmasına şərait yarada biləcək addımlar atmarıq. Lakin başqalarının nəzarətində olan siyasi partiyalar bunu etmək istəyəcək. Millətimiz hər şeyi bizdən daha yaxşı görür. Mayın 14-də xalqımız həm ölkəmizin rifahı, həm də dünyadakı mövqeyimiz üçün Prezident Rəcəb Tayyib Ərdoğana və Cümhur İttifaqına səs verəcək".
Nazirin sözlərinə görə, bu gün Türkiyə Flippindən Venesuelaya qədər vasitəçilik rolunu oynayan bir dövlətə çevrilib.
M.Çavuşoğlu Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın qeyri-qanuni ilhaqını tanımadığını qeyd edib: "Bununla yanaşı, hər iki tərəflə danışır, müharibənin başa çatması üçün gecə-gündüz çalışırıq. "Taxıl sazişi", əsir mübadiləsi məhz Türkiyənin sayəsində mümkün olub. Biz doğruya doğru, yanlışa yanlış deyirik. Səhv addım atana da bunu bildiririk. Həmçinin güclünün yox, haqlının yanında oluruq. Bu gün dünyada ədalətsizliklər var. İkinci dünya müharibəsindən sonra yaradılan BMT-nin fəaliyyəti kifayətsizdir. Beynəlxalq sistemin çatışmazlıqlarının olduğu bir vaxtda Türkiyə Cümhuriyyəti liderlik ortaya qoyan bir dövlətə çevrilib. Türkiyə ümid olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm