Cənubi Azərbaycandakı etiraz aksiyaları milli azadlıq hərəkatına çevrilir - Politoloq
08:31 30.10.2022
Siyasət
370
"İranın əksər şəhərlərində geniş aksiyalar keçirilir. Diqqətçəkən məqam aksiyaların Cənubi Azərbaycan vilayətlərini də əhatə etməsidir".
Bu sözləri "Şərq"ə siyasi şərhçi Turan Rzayev deyib. Ekspert bildirib ki, Urmiyada, Təbrizdə, Güney Astarada və s. şəhərlərdə kütləvi aksiyalarda polislə qarşıdurmalar yaşanıb:
"Ümumiyyətlə, İranda etiraz aksiyaları günü-gündən şiddətlənsə də, Mərkəzi İran vilayətləri ilə Cənubi Azərbaycan vilayətlərində etiraz aksiyaları kəskin fərqlənir. Məsələn, Tehran metrosunda “Bu il qan ilidir, Xamenei devrilməlidir” şüarı səsləndirilir. Şuş məhəlləsində “Öldürərik bacımızı (Məhsa Əmini) öldürənləri” şüarları populyardır. Təbrizdə isə “Azadlıq, Ədalət, Milli Hökumət”, o cümlədən Astarada, Urmiyada “Azadlıq” şüarları səsləndirilir, Xameneinin banneri yandırılır. Molla rejiminin etiraz aksiyalarına müdaxiləsində də açıq-aşkar fərqlər hiss edilir. Belə ki, Təbrizdə barikadalar quran İran polisi azərbaycanlılara atəş açır. Etiraz aksiyaları müstəqillik hərəkatına çevrilir. Diqqətçəkən bir digər maqam isə Cənubi Azərbaycan vilayətlərində başlanan etiraz aksiyalarının tədricən Təbriz mərkəzli təşkilatlanmasıdır. Milli fəallar açıq şəkildə Cənubi Azərbaycanın müstəqilliyini tələb edir. İran xaricində yaşayan cənubi azərbaycanlı siyasi mühacirlər də Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyalarına ölkə xaricindən dəstək verir".
T. Rzayev vurğulayıb ki, Cənubi Azərbaycanda baş verən etiraz aksiyalarının tədircən milli azadlıq hərəkatına çevrilməsi həm də rejimin İran Konstitusiyanın 15-ci və 19-cu maddələrini pozması ilə əlaqədardır:
"Ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa, rejim azərbaycanlılara qarşı kütləvi repressiyalar təşkil edir, gəncləri sırf ana dillərində danışmaq, təhsil almaq istəmələrinə görə, həbsə atıb işgəncələr verir. Buna görə də, Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyaları tədricən İranın digər vilayətlərindən fərqlənərək motivini dəyişir. Etiraz aksiyalarının tədricən güclənməsi və Cənubi Azərbaycan vilayətlərində milli hərəkata çevrilməsi, eyni zamanda təşkilatlanması Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ümidlərini artırır. İran bunu separatçı hərəkat adlandırsa da, hüququ olaraq bu, Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm