Ceyhun Bayramov Aİ ölkələrinin diplomatları ilə görüşdü – FOTO
Yusif Nəzərli
07:24 27.10.2022
Siyasət
445
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, investisiya, təhsil və digər sahələrdə mövcud əməkdaşlıq gündəliyi,
həmçinin bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov iqtisadi sahədə, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, enerji təminatının diversifikasiyasında Azərbaycanın rolundan bəhs edib.
Bu xüsusda, 18 iyul 2022-ci il tarixində Aİ-yə qaz nəqlinin iki dəfə artırılması, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb.
İşğaldan azad olunmuş ərazilərdə geniş enerji potensialının mövcudluğu və bu potensialdan səmərəli istifadə üçün Azərbaycan tərəfindən bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.
Azərbaycan və Aİ arasında investisiyalar sahəsində əməkdaşlıqdan bəhs edən Ceyhun Bayramov Azərbaycanın investisiyaları təşviq edən ilk ölkələrdən biri kimi bu xüsusda imzalanan müqavilələrdə təsbit edilən öhdəliklərinə daim sadiq olduğunu bildirib.
Ceyhun Bayramov Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğunu ifadə edib.
Nazir Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin, o cümlədən bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Bu xüsusda, bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyi diqqətə çatdırılıb.
Nazir həmçinin post-münaqişə mərhələsində regionda yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə mina təhlükəsi, Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Petr Mixalko Azərbaycan və Aİ arasında əməkdaşlıq imkanlarının, habelə regionda vəziyyətin müzakirəsi üçün yaradılan belə bir şəraitə görə təşəkkür edib.
Petr Mixalko əməkdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların mühüm rol oynadığını bildirib.
Bu xüsusda, Azərbaycanla Avropa İttifaqı arasında yeni Saziş layihəsinin tezliklə yekunlaşdırılmasının əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
Daha sonra nazir Aİ üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin çoxsaylı suallarını cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya