Ceyhun Bayramov ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb
12:04 13.07.2024
Siyasət
454
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, regional əməkdaşlıq imkanları müzakirə olunub.
Mövcud regional və beynəlxalq təhlükəsizlik vəziyyətinin fonunda ATƏT çərçivəsində regional məsələlərin beynəlxalq hüquq normaları əsasında həllini tapması istiqamətində mövcud imkanlardan səmərəli istifadənin vacibliyi vurğulanıb. Bu istiqamətdə, təşkilatın öz fəaliyyətini günümüzün reallıqlarına uyğun şəkildə qurmasının əhəmiyyəti qeyd olunub. Ölkəmizin ATƏT-lə bir sıra istiqamətlər üzrə ən fəal üzvlərindən olduğu diqqətə çatdırılıb.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regional vəziyyət, ölkəmizin bərpa, yenidənqurma və sülh gündəliyi, mövcud təhdid və çağırışlardan ətraflı bəhs edib. Ermənistanın mina təhdidinin vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışına, habelə bu istiqamətdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə hədə törətməkdə davam etdiyi bildirilib.
Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib. Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm